image-361867_res_01backend

Pandemiya ilə qlobal mübarizədə Azərbaycan fəal mövqe nümayiş etdirir

image-reklam_sirab_01

Dünyanın bəlasına çevrilən covid-19 pandemiyası Azərbaycandada yayıldı.Azərbaycan dövləti pandemiyanın yayılmağa başladığı ilk günlərdən pandemiya ilə mübarizə istiqamətində vacib lazımlı işlər görmüşdür.Pandemiya ilə mübarizədə Azərbaycan dövləti fəal mövqe nümayiş etdirir.Azərbaycanda covid-19 pandemiyası ilə əlaqədar bir sıra tədbirlər keçirmiş,ölkəmizdə karonavirusun çox yayılmaması üçün bir sıra qapanmalar həyata keçirilmiş,insanların sağlamlığını qorumaq üçün karantin rejiminə keçirilmişdir.Ölkəmizdə səhiyyə sistemi virusla mübarizə üçün ciddi tədbirlər keçirmişdir. Yeni xəstəxanalar yaradılmış yüksək səviyyədə xəstəxanalarda şərait yaradılmışdır. Maska çatışmazlığının aradan qaldırılması məqsədilə  maska istehsalı fabriki yaradılmışdır. Pandemiya ilə əlaqədər mübarizədə dövlətin bütün potensialı səfərbər olunmuşdur. Sosial cəhətdən həssas olan ailələrə həmçinin işlərini pandemiya ilə əlaqədar itirdiyi  şəxslərə aylıq sosial yardım üçün ərzaq və 190manat yardım edilmişdir. Covid-19 pandemiyasının qarşısının alınması məqsədi ilə artıq dünyada vaksinasiya təşkil olunur.  Azərbaycanda da əhalinin vaksinasiyası davamlı şəkildə təşkil olunur.Azərbaycanda vaksinasiya yanvar ayından etibarən başlamışdır.Vaksinləşmə ilk olaraq yaşı 65-dən yuxarı olan virusa qarşı daha həssas olan ahıl insanlara vurulmuşdur.Artıq Azərbaycanda 1,4 milyon vaksin istifadə olunmuşdur ki, buda əhalinin 14 faizini təşkil edir.Pandemiyanın iqtisadiyyata təsirinin azaldılması,özəl sektorun dəstəklənməsi,makroiqtisadi və maliyyə dayanıqlığının təmin olunması məqsədi ilə geniş sosial-iqtisadi paket teqdim edilmişdir.Prezident İlham Əliyev aprelin 26-sında BMT-nin Asiya və Sakit okean üçün İqtisadi və Sosial komissiyasının 77-ci sessiyasında çıxış etmişdir.Prezident İlham Əliyev bildirmişdir ki ,Azərbaycan pandemiyaya qarşı qlobal fəaliyyətin səfərbər edilməsi səylərinin önündə gedir.Azərbaycan həmçinin 30-dan artıq ölkəyə pandemiya ilə əlaqədar olaraq humanitar və maliyyə yardımı göstərmişdir.

    Qasımov Babək

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki