Qədimdən bu günə kimi bir çox ciddi, zərər verici viruslar meydana çıxmış, insanlar ölümcül xəsdəliklərə yolxmuşdur. Amma bəzən bu virusları ölümcül vəziyyətə gətirən elə bizlər oluruq. Ciddiyətin fərqinə varmırıq, göz ardı edib , sağlamlığımızın qeydinə qalmırıq. Virusa yoluxduqda müalicə almaq yerinə, hər kəsdən gizlədib , insanlar çox olan məkanlara gedirik. Bununla da həm özümüzü , həm də ətrafımızı təhlükəyə atırıq . İllər sonra meydana Corona virusu artıq 1 ildən çoxdur ki, fəsadlar törədir. Virus yeni yayıldığı zaman qorunmayıb, inanmayıb gigeynik qaydalara riayət etmirdik. Maska taxmayıb, toplu içində yer alıb və s… Müharibələrə qalib gəlmək üçün necə birlik lazımdırsa , pandemiyada qalib gəlmək üçün birlik olmalıdı.Hər kəs özünü və yanındakını necə təhlükəyə atdığını bilsə, ehtiyyatlı davransa bu qədər ölümlər və artım olmaz. Düşünrəm ki, digər ölkələrə nisbətən zamanında görülən tədbirlər nəticəsində bu gün Azərbaycanda koronavirusla mübarizə öz effektivliyini göstərir. Artıq Azərbaycan sərt karantin rejimini yumşaldıb, bəzi qadağalar qalmaq şərti ilə bir çox sahələrin fəaliyyəti bərpa olunub.
Azərbaycan pandemiya ilə mübarizədə həm də təşəbbüskar ölkə rolunda çıxış edir. Ötən gün Prezident İlham Əliyev də Ümumdünya Səhiyyə Assambleyasının 2021-ci il 31 may tarixində keçirilmiş 74-cü sessiyasında çıxışı zamanı bu məsələyə toxunub və bildirib ki, pandemiyaya qalib gəlmək üçün qlobal həmrəylik strateji əhəmiyyət kəsb edir:
“Azərbaycan pandemiyanın öhdəsindən gəlmək üçün həmişə güclü qlobal həmrəyliyin nümayiş etdirilməsinin əhəmiyyətini təbliğ edib. Azərbaycan Qoşulmama Hərəkatının sədri qismində bir sıra qlobal təşəbbüslərlə çıxış edib. Bu sırada Qoşulmama Hərəkatının 2020-ci ilin may ayında təşkil edilən Zirvə toplantısı və 2020-ci ilin dekabr ayında 150-dən artıq dövlətin dəstəyi ilə keçirilən BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində Xüsusi Sessiyası ayrıca qeyd olunmalıdır”, – deyə Prezident İlham Əliyev çıxışında belə deyib.
Azərbaycan Dillər Universiteti
Orucova Fatimə