image-12backend

Parisdə Zəfər Günü münasibətilə konsert keçirilib

image-reklam_sirab_01

Fransanın paytaxtı Parisdə 8 Noyabr – Zəfər Günü münasibətilə konsert keçirilib.

“Report”un Fransa bürosu xəbər verir ki, “Sülhün səsi” konserti Diaspora ilə İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə məşhur “Gavo” konsert zalında baş tutub.

Konsertdə azərbaycanlı pianoçu, caz ustası Etibar Əsədli və azərbaycanlı tarzən, əməkdar artist Şəhriyar İmanov Azərbaycan xalq mahnıları “Sarı gəlin”, “Qara qaşın nəğməsi”, Üzeyir Hacıbəyli, Fikrət Əmirov və digər bəstəkarların musiqilərini ifa ediblər. Etibar Əsədli və Şəhriyar İmanovu kontrabasda Samüel Fhima, zərb alətlərində Martən Vengermee müşayiət ediblər.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki