image-55backend

Parlamentdə Novruz Qartalla bağlı ÇAĞIRIŞ

image-reklam_sirab_01

Mədəniyyət komitəsinin sədri Q.Paşayeva ağır vəziyyətdə olan Əməkdar artist Novruz Qartalla bağlı MM-da müvafiq qurumlara çağırış edib.

 

 

Vətəninfo.az xəbər verir ki, deputat parlamentin bu gün keçirilən plenar iclasında Azərbaycanın Əməkdar artisti, ağır xəstə olaraq son günlərini yaşayan dəyərli sənətkarımız Novruz Qartalla bağlı danışıb:

 

“Novruz Qartal hər zaman bir sənətkar kimi öncəbhələrdə əsgər və zabitlərimizin qarşısında çıxış edib, mədəniyyət sahəsinə öz töhvələrini verib. Novruz Qartal bu gün çox ağır vəziyyətdə kirayədə yaşayır. Sosial maddi durumu çox çətindir. Bir neçə gün əvvəl onu ziyarət etdik. Novruz Qartalın ən böyük istəyi ömrünün son günlərini 1 otaqlı da olsa öz evində yaşamaqdır. Mən müvafiq dövlət qurumlarına, tikinti şirkətlərinə üz tutaraq Azərbaycan mədəniyyətinə önəmli töhvələr vermiş sənətkarın son arzusunun həyata keçməsi üçün dəstək göstərməyə çağırıram”.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki