image-arzuman_muradli-yeni_foto_-2backend

“Paşinyan anlayır ki, xilas yolu Türkiyə və Azərbaycandan keçir” -Arzuman Muradlı

image-reklam_sirab_01

“Nikol Paşinyan Ermənistanın xilaskarı ola bilər. Bunun üçün Paşinyanın kifayət qədər şansı var. Erməni baş nazir bu şansdan necə istifadə edəcək, bax bu maraqlıdır.” -bu fikirləri Vətəninfo.az-a açıqlamasında politoloq Arzuman Muradlı bildirib.

Politoloq hesab edir ki, Ermənistanın baş naziri Nikol Paşinyanın Soçidə rusiyalı həmkarı Mixail Mişustinlə görüşdə dediyi Azərbaycanla regional nəqliyyat kommunikasiyalarının açılması prosesində irəliləyiş var, sözü çox şeydən xəbər verir.

“Paşinyan anlayır ki, xilas yolu, Türkiyə və Azərbaycandan keçir. Amma bu fikirlər yalnız sözdən ibarət olmalı deyil. Çünki Paşinyan iki ildir ki, çox vəd verir, real irəliləyiş isə nəzərə çarpmır. Misal üçün Azərbaycan Ermənistan sərhədinə qədər dəmiryol tikintisini yekunlaşdırmaq üzrədir. Ermənistan isə ərazisindəki 44 kilometrlik məsafədə heç bir iş görməyib. Ermənistan rəsmiləri bunun zaman alacağını vurğulayıblar. Yəni yaxın günlərdə hər hansı sənəd imzalansa belə bu dəhlizin qısa müddətdə açılacağı anlamına gəlmir. Digər tərəfdən İrəvan dəmiryolunun bərpası üçün öz maliyyəsini xərcləməyəcək, borc istəyəcək. Bu da vaxt itkisinə səbəb olacaq.” -deyə Arzuman Muradlı bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki