Ermənistanın baş naziri Nikol Paşinyanın və onun hökumət üzvlərinin iki təşkilatla bağlı yanaşması belədir: “Avrasiya İqtisadi Birliyi yaxşıdır, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı isə pisdir”. Yəni demək istəyirlər ki, Ermənistan birinci təşkilatda üzvlükdən gen-bol faydalanır, ikinci təşkilat isə Azərbaycanla qarşıdurmada İrəvanı “darda” qoyub. Elə ona görə də Nikol Paşinyan Avrasiya İqtisadi Birliyinin Sankt-Peterburqdakı toplantısına qatıldı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının noyabr aydındakı toplantısında isə iştirak etmədi. Ancaq bu vəziyyət çox davam edə bilməz. Kreml gələn il ərzində Ermənistanın KTMT-də aktiv iştirakını tələb edəcək. Paşinyan komandası təhlükəsizlik məsələsində Qərbdən istədiyini (Paşinyan zənn edirdi ki, Qərb təzyiq yolu ilə Azərbaycanı dururacaq və geri addım atmağa məcbur edəcək, heç biri alınmadı) ala bilmədiyinə görə İrəvanın KTMT-yə qayıtmaqdan başqa alternativi qalmayacaq.
Elxan Şahinoğlu
Politoloq