image-4ec6055a0576fce81d4329f7f6179845backend

Paşinyan Putinin cəzasından bu yolla qaçmağa çalışır – QURBAN hazırdır…

image-reklam_sirab_01

Nikol Paşinyan dünən keçirdiyi mətbuat konfransında bildirdi ki, Ermənistan ittifaq dövlətinə daxil olması ilə bağlı Rusiyadan heç bir təklif almayıb: “Bizim üçün suverenlik və müstəqillik müstəsna dəyərdir. Bu yolda hər şeyi etməyi özümüzə borc bilirik”.

Siyasi şərhçi Asif Nərimanlı  bildirib ki, Paşinyanın bu açıqlaması əslində rəsmi İrəvanın özünü təkzib etməsidir:

“Ötən ilin dekabrında Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan belə bir açıqlama vermişdi ki, Rusiya Zəngəzur dəhlizinin açılması və ittifaq dövlətinə qoşulması ilə bağlı Ermənistana təzyiq edir. Amma təxminən 2 həftədən sonra Ermənistan baş naziri bunu təkzib etdi. Bildirdi ki, Ermənistan ittifaq dövlətinə daxil olması ilə bağlı Rusiyadan heç bir təklif almayıb. Rusiya bunu şifahi formada da deyə bilər. Məsələ Rusiyanın bu təklifi rəsmi, yaxud qeyri-rəsmi şəkildə deyib-deməməsindən çox Paşinyanın Moskva qarşısında etdiyi manevrdir. Bu oyun da ondan ibarətdir ki, Qriqoryanın açıqlaması bir növ Ermənistanın Rusiyanı şantaj etməsi idi. İrəvan mesaj verirdi ki, bizim üzərimizə çox gələrsinizsə, üçtərəfli razılaşmaların icrası ilə bağlı, o cümlədən digər məsələlərlə bağlı Ermənistan bir çox sirli məqamları açıqlaya bilər. Digər tərəfdən, bu açıqlama erməni cəmiyyətində Rusiyanın Ermənistanın müstəqilliyinə və suverenliyinə təhlükə kimi göstərilməsi gedişi idi”.

Asif Nərimanlının sözlərinə görə, Qriqoryanın açıqlamasından sonra Paşinyanın təkzibi bir növ Moskva tərəfindən edilən təzyiq dalğasının qarşısının alınmasına hesablanmışdı:

“Amma Nikol Paşinyanın son vaxtlar apardığı siyasi xətdə ikitərəfli oyunun oynanıldığını tez-tez müşahidə edirik. Armen Qriqoryan üzərindən Rusiyaya mesaj çatdırıldı, amma Paşinyan bunu təkzib etməklə ikitərəfli münasibətlərin saxlanılmasında maraqlı tərəf olduğunu göstərir. Həm də bir növ onu deyir ki, əgər Ermənistanın maraqları təmin edilməzsə, Paşinyan hakimiyyətinin istəkləri yerinə yetirilməzsə, hakimiyyətinə qarşı təzyiq olarsa bu, Rusiya üçün heç də yaxşı nəticələr gətirməz. Rusiyanın Ermənistanı itirməsi ilə nəticələnə bilər. Paşinyan Rusiyaya belə bir mesaj verir.

Fikrimcə, Qriqoryanın təhdidi və Paşinyanın təkzibinin bir nəticəsi olacaq. Çünki Rusiyanın Armen Qriqoryanın açıqlamasına münasibəti kifayət qədər sərt olmuşdu, hətta bunu təxribat adlandırmışdı. Paşinyanın rəsmi İrəvanın mövqeyini təkzib etməsi Rusiyanın Qriqoryanın cəzalandırılmasını istəməsi ilə də bağlı ola bilər. Bir növ Paşinyandan tələb edə bilərlər ki, Qriqoryanı iki ölkə arasında münasibətlərə xələl gətirən şəxs kimi prosesdən uzaqlaşdır, yaxud da hər hansı bir formada ona cəza tətbiq edilsin. Belə bir situasiya yaranarsa, Paşinyan, güman ki, Qriqoryanı qurban verəcək, çünki onun təkzibi bir növ buna hazır olduğuna da işarə kimi qəbul edilə bilər. Proses hazırkı vəziyyətdə qalmayacaq, indiki vəziyyətdə qalarsa, ittifaq dövləti məsələsi bir növ arxa plana keçəcək. Amma Rusiya bu məsələni daha ciddi nəzarətə götürə və Paşinyandan daha praktik addım atılmasını istəyə bilər. Bu baxımdan Qriqoryan vəzifədən uzaqlaşdırıla, yaxud da hər hansı bir formada cəzalandırıla bilər. Əgər bu, baş verməsə, proses indiki situasiyada qalsa, ən azından bunun nəticəsi Qriqoryanın yalançı duruma düşməsi oldu. Bütün hallarda Təhlükəsizlik Şurasının katibinin açıqlamasının baş nazir tərəfindən təkzib edilməsi Qriqoryanın yalançı vəziyyətə düşməsi ilə nəticələndi. Bu həm də Ermənistanın kifayət qədər qeyri-ciddi dövlət olduğunu bir daha ortaya çıxardı. Bu, Paşinyan səviyyəsində təsdiq edildi”.Musavat.com

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki