image-fb_img_1699087155065backend

Paytaxt Ağdama – Ağdam Xankəndiyə

image-reklam_sirab_01

Paytaxtın köçürülməsi məsələsi son 30 ildə dəfələrlə gündəm mövzusu olub. Yeni paytaxt üçün müxtəlif yerlər təklif edilib. Artıq paytaxtın köçürülməsini Bakının, eləcə də Abşeronun bugünkü reallığı diqtə edir. Deyilənə görə yarımadada ölkə əhalisinin yarısı cəmlənib.

Köhnə Ağdamın yerində, ətraf 8 kəndlə birlikdə, 100 minlik yeni şəhər tikilir. Məncə, fürsətdən istifadə edib paytaxtı elə yeni tikiləcək Ağdama köçürmək olar, təsdiqlənmiş baş plana paytaxt elementləri əlavə etmək elə də çətin deyil. Bununla eyni zamanda iki iş görərik: bir yandan Bakının nəfəsi genələr, o biri yandan da gələcəkdə paytaxt üçün yeni şəhər tikməyə ehtiyac qalmaz, büdcə xərcinə filan qədər qənaət etməklə yeni paytaxt salmış olarıq.

image-fb_img_1699087160387

Ağdam əhalisinin böyük qismini Xankəndiyə yerləşdirmək olar. Coğrafi baxımdan ortada yerləşən yeni paytaxtla ölkənin dörd bir tərəfini dəmir yolları şəbəkəsi, çoxzolaqlı avtomobil yolları ilə birləşdirib iqtisadi inkişafı, əhalinin rifahını, bölgələrarası inteqrasiyanı gücləndirmək, bununla da ölkənin mənzərəsini yaxşıya doğru xeyli dəyişə bilərik.

Bu həm də torpaqlarını azad etmiş, 100 illik “Qarabağ buxovu”ndan qurtulmuş ölkənin gələcək iqtisadi, siyasi, hərbi təhlükəsizliyinə, inkişafına ciddi zəminlərdən biri olar.

 

Vahid Qazi


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki