Xalqımızın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti və Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ilə birgə paytaxtın Nərimanov rayonundakı Məmməd Araz və Aşıq Molla Cümə küçələri boyunca olan ərazidə ağacəkmə aksiyası təşkil edilib. Bu barədə Vətəninfo.az- a Aksiyada hər iki qurumun rəhbərləri,Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən bildirilib. İməclikdə əməkdaşlar və struktur bölmələrin işçiləri iştirak ediblər.
Aksiyanın keçirildiyi ərazi yararsız tullantılardan təmizlənərək burada Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun yeni ağaclar əkildi. BŞİH və komitə tərəfindən sabah və gələn həftə ərzində minlərlə yeni ağac əkiləcəkdir.
Xalqımızın Ümummilli lideri Heydər Əliyevin doğum günüdə keçirilən iməclik bu ərazidə ekoloji tarazlığın bərpası və ərazinin gözəlləşməsi istiqamətində görülən işlərin davamıdır.
Aksiya zamanı əkilən ağaclara gələcəkdə qulluq göstərilməsi üçün suvarılma məsələlərin həll edilib, cavabdehlər müəyyənləşdirilib.
Yaz mövsümü ərzində Bakı şəhərinin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı işlərin davam etdirilməsi nəzərdə tutulub.