Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin əməkdaşlığı əsasında paytaxtın küçə və prospektlərinin abadlaşdırılması üzrə işlər uğurla davam etdirilir.
Ölkə başçısının vətəndaşların həyat şəraitinin yaxşılaşdırılması, sağlamlıq imkanları məhdud olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi və cəmiyyətə inteqrasiyası sahəsində həyata keçirilən sosial siyasətinə uyğun olaraq icra edilən layihə çərçivəsində Bakı şəhərinin küçə və prospektlərində insanların, xüsusilə əlilliyi olan şəxslərin sərbəst hərəkətini təmin etmək üçün səkilər əsaslı təmir olunur, panduslar quraşdırılır, hərəkətə maneə yaradan hallar aradan qaldırılır. Səkilər boyunca gözdən əlilliyi olan şəxslərin rahatlığı üçün hiss edilən plitələr döşənir, yeni işıq dirəkləri quraşdırılır. Həmçinin, birgə monitorinqlər zamanı aşkar olunan çatışmazlıqlar aradan qaldırılır, parklarda və küçə kənarlarında qazon ortüyü yenilənir, yeni güllər əkilir, ağaclar budanır, mövcud işıq dirəkləri və məhəccərlər yuyularaq rənglənir.
Qeyd olunan abadlıq işlərinin ilkin olaraq paytaxtın Rəşid Behbudov, Dilarə Əliyeva, 28 May küçələrində yaxın vaxtlarda yekunlaşdırılması nəzərdə tutulur.
Məlumat üçün bildiririk ki, artıq digər bir neçə ünvanda da anoloji işlərə start verilib.