image-1626861202_dmitriy_peskov_131120-1backend

Peskov: “Heç kim rus sülhməramlılarını səhv bir işdə günahlandıra bilməz”

image-reklam_sirab_01

Rusiya tərəfi Ermənistanın baş naziri Nikol Paşinyanla Qarabağdakı vəziyyətlə bağlı dialoqu davam etdirəcək, lakin Moskva regionda baş verən hadisələrin məsuliyyətini Rusiyanın üzərinə qoymaq niyyəti ilə razılaşmır.

Vətəninfo.az “Moskva 24”-də istinadən  xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Peskov qeyd edib ki, bu yaxınlarda Vladimir Putin Paşinyanla telefon danışığı aparıb.

“Biz bu anın emosional intensivliyini başa düşürük və məsuliyyəti Rusiya tərəfinin, xüsusən də öz mandatlarına uyğun olaraq öz funksiyalarını yerinə yetirərkən əsl qəhrəmanlıq göstərən Rusiya sülhməramlılarının üzərinə qoymaq cəhdləri ilə qətiyyən razılaşmırıq”.

Eyni zamanda Rusiya prezidentinin mətbuat katibi vurğulayıb ki, heç kim rus sülhməramlılarını səhv bir işdə günahlandıra bilməz. Moskva heç vaxt bu qınaqlarla razılaşmayacaq.

Peskov  bir daha Ermənistandakı siyasilərin Rusiyaya qarşı tənqidlərinə, Rusiyada yaşayan ermənilərin sayı ilə mesaj göndərib:  “Rusiyada yaşayan ermənilər Ermənistanın özündə olduğundan daha çoxdur”.

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image