image-img-20230526-wa0115backend

Prezident İlham Əliyevdən Nikol Paşinyana tutarlı cavab

image-reklam_sirab_01

Mayın 25-də Moskvada keçirilən Ali Avrasiya İqtisadi Şurasının iclasında Ermənistanın baş naziri Nikol Paşinyanın verdiyi açıqlamalar növbəti dəfə göstərdi ki, Ermənistan rəhbərliyi hələ də siyasi rəzilliyindən əl çəkmək istəmir. Paşinyan bu dövr ərzində bir-birini təkzib edən, biri digərini şübhə altına salan xeyli sayda yalan bəyanatlar verib. Bu görüşdən üç gün əvvəl Nikol Paşinyan İrəvanda keçirdiyi mətbuat konfransında bəyan etmişdi ki, Qarabağ və anklavlar da daxil olmaqla Azərbaycanın 86,6 min kvadrat kilometrlik ərazisini tanıyır. Moskva görüşündə isə o, ölkəmizin ərazi bütövlüyünü və suverenliyini şübhə altına alan bəyanatla çıxış edərək «Laçın» sərhəd-buraxılış məntəqəsinin fəaliyyətinə kəskin şəkildə etiraz edib. in
Təbii ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev verdiyi sərrast cavabları ilə onu elə yerindəcə susdurdu. «Sizin tanıdığınız Ermənistan və Azərbaycan sərhədində bütün beynəlxalq normalara uyğun olaraq nəzarət-buraxılış məntəqəsi qoyulub… Hər hansı qərəzsiz insan, təbii ki, bunu görməlidir».
Paşinyanın iddialarının absurdluğu o səviyyəyə çatdı ki, o, Prezident İlham Əliyevin «Zəngəzur dəhlizi» ifadəsindən istifadə etməsini Ermənistana qarşı ərazi tələbi kimi dəyərləndirdi. Azərbaycan Prezidenti verdiyi cavabla onsuz da özünü gülünc vəziyyətə qoyan Nikol Paşinyanı daha biabrçı vəziyyətə saldı: «Mənim sözlərimdə ərazi iddialarının olmasını görmək üçün xüsusi canfəşanlıq etmək və ya güclü fantaziyaya malik olmaq lazımdır… «Dəhliz» sözü heç də kiminsə ərazisinə göz dikmək demək deyil. Bu, beynəlxalq termindir və düşünürəm, beynəlxalq terminologiya ilə tanış olan insanlar yəqin ki, ona bu gün Ermənistanın baş naziri kimi məna verməzdilər».
Prezident İlham Əliyev isə bu iclasda N.Paşinyana yenə də əsl diplomatiya dərsi verdi. Bildirdi ki, … «Dediyim Zəngəzur dəhlizinə gəlincə, əgər mənim çıxışıma diqqətlə qulaq asılsa, orada deyilir ki, «Azərbaycan Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünü irəli sürüb». Hər hansı təşəbbüslə çıxış etmək bizim hüququmuzdur. Bizim doğru, legitim, ağlabatan hesab etdiklərimiz, yeri gəlmişkən, o cümlədən Rusiya Federasiyası, Ermənistan və Azərbaycan arasında münasibətlərin nizamlanması prosesinə cəlb olunmuş digərləri tərəfindən də dəstəklənir».
Azərbaycan Prezidentinin bu açıqlaması Ermənistan hökumət başçısına diplomatiya dərsi olmaqla yanaşı, həm də qalib dövlət başçısının tarixi ədalətə və beynəlxalq hüquqa söykənən qətiyyətli mövqeyinin nümayişi, siyasi iradəsinin diqtəsi demək idi.
Bu geosiyas əhəmiyyət daşıyan tədbirdə də Prezident İlham Əliyev yerləşdiyimiz coğrafiyadan da yan keçməyən geosiyasi proseslərin mürəkkəbliyinə, müxtəlif təsir və təzyiq cəhdlərinə baxmayaraq, milli maraqlarımız yüksək səviyyədə qorudu. Bu hadisə çox qürurvericidir! Çünkui qalib Azərbaycanla, məğlub Ermənistanın qətiyyəti bupada daha aydın şəkildə göründü.

Ağarəhim Baxışov – Dövlət İdarəçilik Akademiyası

 

 

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki