image-02-29backend

Prezidentin siyasəti Azərbaycanı zəfərə aparan inkişaf yoludur

image-reklam_sirab_01

 

 

Mart ayının 9-dan 11-nə kimi davam edən “Dünya bu gün: Çağırışlar və ümidlər” mövzusunda X Qlobal Bakı Forumu beynəlxalq nüfuzlu bir tədbirdir. Tədbir Azərbaycan  Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilib.

Forumun səviyyəsi bu Mərkəzin artıq dünya təşkilatına çevrilməsini göstərir. Eyni zamanda, tədbirdə təmsilçiliyin yüksək olması Forumun nüfuzu ilə əlaqədardır. Qlobal Bakı Forumuna bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələrinin qatılması da bunun sübutudur. Tədbirdə 4 Prezident, 2 Baş nazir, 6 spiker və nazir, BMT-nin 5 qurumunun rəhbərliyi, 25 sabiq prezident, 21 sabiq Baş nazir, 23 ölkənin xarici işlər nazirlərinin müavinləri olmaqla, ümumilikdə 61 ölkədən 360-dək nümayəndə iştirak edir.

Təmsilçiliyin yüksək səviyyədə olması həm də forumun Prezident İlham Əliyevin rəhbərliyi ilə keçirilməsi ilə bağlıdır. 2013-cü ildən keçirilən Forum hər zaman aktuallığını və nüfuzunu saxlayır. Bu platforma Azərbaycanın beynəlxalq təmsilçiliyi üçün də mühüm bir mexanizmdir, çünki burada beynəlxalq məsələlərlə əlaqədar dövlətimizin mövqeyi təqdim olunur. Həmçinin Forum Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırmaq üçün də geniş imkan yaradır. Forumun beynəlxalq media gündəliyinə düşməsi ölkəmiz haqqında daha çox məlumatların ötürülməsinə imkan yaradır.

Qlobal Bakı Forumunun intellektual səviyyəsinin digər beynəlxalq konfransların səviyyəsinə uyğunluğuna diqqət çəkən Azərbaycan Prezidenti öz çıxışında önəmli mesajlar verib. Əslində, Prezident İlham Əliyevin verdiyi mesajlar bir daha dövlətimizin başçısının cəsarətindən və qətiyyətindən xəbər verir. Prezident bölgədə sülh, sabitlik və inkişaf tərəfdarı olan Azərbaycanın mövqeyinin dəyişməz olduğunu növbəti dəfə vurğulayıb. Dövlətimizin başçısının çıxışına istinadla qeyd olunub ki, Avropada vəziyyət kəskin şəkildə dəyişib və Azərbaycanın karbohidrogen ehtiyatlarına tələbat artır. Prezidentin çıxışında Azərbaycanın “yaşıl enerji” zonasına və bərpaolunan enerji sahəsində beynəlxalq enerji bazarında ciddi oyunçuya çevriləcəyi də qeyd edilib.

X Qlobal Bakı Forumunda Prezident İlham Əliyev bir daha Azərbaycanın mövqeyini ortaya qoydu. Ölkəmiz artıq beynəlxalq humanitar mərkəzə çevrilib və bölgədə proseslərə diktə edir. Azərbaycanın hörməti, ildən-ilə artan nüfuzu özündən daha böyükdür. Bu Forum ölkəmiz üçün mühüm əhəmiyyətə malikdir. Çünki bir qayda olaraq Forumda iştirak edən və ölkəmizin reallıqları ilə yaxından tanış olan iştirakçılar ölkələrinə qayıtdıqdan sonra Azərbaycanın haqq işini daha əmin şəkildə müdafiə edirlər.

Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətli çıxışı, bizi xəyallarımızın gücünə inandırmağı, indiki və gələcək zamanın reallıqlarını ifadə etməsi mühüm istiqamət oldu. Sülhə doğru, qorxudan təhlükəsizliyə doğru, milli təhlükəsizlikdən insan təhlükəsizliyinə doğru irəliləyə biləcəyimizi təmin etmək üçün aydın mesajlar verildi. Prezident İlham Əliyevin ifadə etdiyi kimi, Qarabağ münaqişəsinin həllinə 26 il ərzində BMT, ATƏT-in Minsk qrupu və digər beynəlxalq təşkilatlar tərəfindən cəhd göstərilsə də, heç bir nəticə əldə olunmadı. Lakin Azərbaycan 44 günlük Vətən müharibəsində işğal altındakı torpaqları öz imkanı və gücü ilə azad etdi.

Eyni zamanda, “Dünya bu gün: Çağırışlar və ümidlər” adlı beynəlxalq platforması Prezident İlham Əliyevin Azərbaycanın dialoq mədəniyyətinə sadiq qalması, onun təşviqinə siyasi sadiqliyini nümayiş etdirir. Məhz bu siyasət  Azərbaycanı zəfərə aparan inkişaf yoludur.

 

 

Elşən Manafov  –  siyasi sərhçi, politoloq

 

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki