image-7724d436-f2d6-3f14-a790-cc10f014ea78_850backend

PSJ “Portu”nun futbolçusunu transfer edib

image-reklam_sirab_01

Portuqaliyanın “Portu” komandasının futbolçusu Vitinya Fransa PSJ-sinə keçib.

Veteninfo-nun Paris klubunun rəsmi saytına istinadən məlumatına görə, 22 yaşlı yarımmüdafiəçi ilə 2027-ci ilin yayınadək müqavilə bağlanılıb. Onun transferinin paytaxt təmsilçisinə 40 milyon avroya başa gəldiyi bildirilir.

“Portu”nun yetirməsi olan Vitinyanın 2024-cü ilin iyununadək müqaviləsi var idi. O, 2021/2022 mövsümündə İngiltərə “Vulverhempton”unda çıxış edib. Portuqaliya millisinin də üzvü olan yarımmüdafiəçi ötən mövsüm bütün yarışlarda 47 oyuna 4 qol və 5 məhsuldar ötürmə ilə fərqlənib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki