image-1677060887_arzuman-teze-1-2backend

“Qarabağ erməniləri qanunlarımıza tabe olmayana qədər…” -Arzuman Muradlı

image-reklam_sirab_01

“Qarabağda bizim qoyduğumuz qanunlar icra olunacaq. Həmçinin tezliklə Xankəndində və digər ətraf ərazilərdə Azərbaycan bayrağı dalğalanacaq.” -bu fikirləri Vətəninfo.az-a açıqlamasında politoloq Arzuman Muradlı  bildirib.

Politoloq qeyd edib ki,Ağdam-Xankəndi yolunun açılması Laçın yolundan istənilən yüklərin daşınması anlamına gəlməməlidir.

“Hər iki yoldan çatdırılması planlaşdırılan və bizə aid olmayan yüklərin gömrük və laborator yoxlanışı həyata keçirilməlidir. Qarabağ ermənilərinə Ermənistanın pul vahidinin və yanacağın keçirilməsinə icazə verilməməlidir. Bu ikisi olmadan erməni separatçıları işğal altındakı bölgəni idarə edə bilməyəcəklər. Qarabağ erməniləri qanunlarımıza tabe olmayana qədər təbii qaz və elektrik problemlərinin həll olunacağına da ümid etməməlidirlər.”-deyə Arzuman Muradlı bildirib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image