image-a510f9b0-c974-3d13-a99f-61a38b6afd1d_850backend

“Qarabağ” klubu İsveçrədəki azarkeşlərə müraciət edib

image-reklam_sirab_01

“Qarabağ” klubu iyulun 27-də İsveçrədə “Sürix”ə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının II təsnufat mərhələsinin cavab oyunu ilə əlaqədar azarkeşlərə müraciət edib.

Müraciətdə komandanı stadionda dəstəkləmək istəyən fanatlar üçün biletlərin oyun günü satılacağı bildirilib.

“Letsiqrund” stadionunda təşkil olunacaq qarşılaşma üçün biletlərə 25 İsveçrə frankı qiymət qoyulub.

Bilet satışı ilə bağlı detallı məlumat daha sonra veriləcək.

Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. İlk matçda “Qarabağ” qalib gəlib – 3:2.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki