image-2backend

Qarabağın idman ənənələri bərpa edilir

image-reklam_sirab_01

Dekabrın 21-i ölkəmizin idman tarixinə qızıl hərflərlə yazılan günlərdən biri oldu. Həmin gün işğaldan azad edilən Qarabağımızın mərkəzində – Xankəndi şəhərindəki stadionda azərbaycanlı azarkeşlərin iştirakı ilə futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında oyun keçirildi. Bu futbol oyunu sıravi bir idman hadisəsi deyil, bütün Azərbaycan xalqının sevincinə səbəb olmuş unudulmaz hadisə oldu. Belə ki, ilk dəfə idi ki, işğaldan azad edilmiş ərazilərdə futbol matçı keçirilirdi.

Mən vurğulamaq istəyirəm ki, bu əlamətdar idman yarışmasında vətənimizin ərazi bütövlüyünün bərpası uğrundakı döyüşlərdə həlak olan şəhidlərimizin müqəddəs ruhuna ehtiram və vətənpərvərlik nümunəsi göstərilib. Belə ki, ilk dəfə olaraq Xankəndi stadionunda keçirilmiş oyunda qəhrəman şəhidlərimizin uşaqları və ailə üzvləri də iştirak ediblər.

İdman veteranı kimi qeyd etməliyəm ki, qısa müddət ərzində Xankəndi şəhərindəki stadion yenidən inşa edilib, əsaslı təmir olunub. Bu idman qurğusünda yüksək səviyyəli idman yarışlarının keçirilməsi üçün müvafiq şərait yaradılıb.

Həmin gün, Xankəndi stadionunda təşkil edilən bu futbol oyunun fasiləsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü ilin idman yekunları ilə bağlı təşkil olunmuş mərasimdə idman ictimaiyyətinin təltif edilmiş nümayəndələri ilə görüşüb. Görüşdə çıxış edən Prezident İlham Əliyev bildirib ki, “Yarışlar çox olub. Ancaq bugünkü yarış tarixdə əbədi qalacaq, həm xalqımız üçün, dövlətimiz üçün, dünya üçün. Dünyada hələ ki, belə bir nümunə olmayıb ki, xalq, dövlət öz torpağını – uzun illər işğal altında olmuş torpaqları döyüş meydanında qan tökərək, şəhidlər verərək azad etsin, qursun, yaratsın və cəmi üç ildən sonra artıq azad edilmiş torpaqlarda futbol matçı keçirilsin, vətəndaşlar Bakıdan, digər yerlərdən gəlib buna tamaşa etsinlər və qürur hissi yaşasınlar. Biz tarix yazmışıq, yazırıq və bu gün dediyim kimi, Xankəndi cəmi üç ay bundan əvvəl azad edilmişdir, ancaq artıq Xankəndi – Azərbaycan şəhəri olan Xankəndi yaşayır və dirçəlir”.

Hər zaman idmançılarımızı, onların məşqçilərini, idman ictimaiyyətinə xüsusi diqqət mərkəsində saxlayan ölkə başçısı bu il də ənənəsinə sadiq qalıb. Dekabrın 20-də Prezident İlham Əliyev Azərbaycanda idmanın inkişafında xidmətləri olan bir qrup şəxsin təltif edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncama əsasən, 1 nəfər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”, 17 nəfər “Tərəqqi” medalı ilə təltif edilib. Bundan başqa, Azərbaycanda idmanın inkişafında xüsusi xidmətlərinə və yüksək peşəkarlığına görə 3 nəfərə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adı verilib. Həmçinin ölkə idmanının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə 4 nəfərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü təyin edilib. İdman ictimaiyyətinin 29 nümayəndəsinə isə mənzil verilib. Bu da idman ictimaiyyətinin bpyük sevincinə səbəb olub.

Məni, bir idman veteranı kimi daha bir hal sevindirdi. Belə ki, bu gün işğaldan azad edilən başqa şəhərlər kimi, Ağdam şəhəri də yenidən qurulur. Bir neçə aydan sonra Ağdam şəhərində “İmarət” stadionunun yenidən inşa edilməsinə başlanılacaqdır. Bununlada, Qarabağda idman ənənələrini bərpasında növbəti addım atılacaqdır.

Aydın Kazımbəyov – Respublikanın Fəxri Bədən Tərbiyəsi və İdman işçisi, sərbəst güləş üzrə SSRİ idman ustası, Bakı Texniki Kollecinin bədən tərbiyəsi rəhbəri

 

 

 

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki