image-16288563636401113218_1000x669backend

Qaradağda sudan qanunsuz istifadə halları aşkarlanıb

image-reklam_sirab_01

Qaradağda sudan qanunsuz istifadə halları aşkarlanıb.

ASC-dən Veteninfo.az-a daxil olan məlumata görə, Prezident İlham Əliyevin təsdiqlədiyi “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsinə dair 2020–2022-ci illər üçün Tədbirlər Planına” uyğun olaraq su itkilərinin və israfçılığın qarşısının alınması məqsədilə Qaradağ rayonunda fərdi yaşayış evləri və obyektlərin su təchizatı sistemlərinə baxış keçirilib.

Qaradağ rayonu Korgöz qəsəbəsi, Yeni massiv adlanan ərazidə avtomobil təmiri məntəqəsi kimi istifadə edilən obyektdə sudan uçotsuz və sayğacdankənar istifadə faktı aşkarlanıb. Məlum olub ki, obyekt sahibi yaxınlıqdan keçən 110 millimetr diametrli su xəttinə qanunsuz qoşularaq sudan istifadə edib.

Ümid qəsəbəsindəki kafelərdən birində də oxşar hala rast gəlinib. Obyekt sahibinə dəfələrlə xəbərdarlıq edilsə də, buna məhəl qoyulmayıb. Nəzarət-yoxlama zamanı məlum olub ki, kafe sahibi təkrarən 21 millimetr diametrli boru ilə yenidən yaxınlıqdakı su xəttinə qeyri-qanuni qoşulma edib.

Qaradağ rayonunda həyata keçirilən nəzarət tədbirləri nəticəsində bəzi fərdi yaşayış evlərində də içməli sudan qeyri-qanuni istifadə edildiyi aşkarlanıb. Lökbatan qəsəbəsi, Üzeyir Hacıbəyli küçəsində yeni ev tikən sakin yaxınlıqdan keçən 150 millimetr magistral su xəttinə qeyri-qanuni qoşulma edib. Qəsəbənin “20 Yanvar” küçəsində isə yeni su xətti çəkilməsinə baxmayaraq, vətəndaş köhnə xəttə qanunsuz qoşularaq uçotdan yayınıb.

Aşkarlanmış hər bir fakt üzrə zəruri tədbir görülüb, qeyri-qanuni çəkilmiş xətlər və qoşulmalar ləğv edilib, qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanıb.

Vətəndaşları və sahibkarları bir daha bu cür əməllərdən çəkinməyə çağırır və bildiririk ki, belə qanunazidd halların qarşısını almaq üçün ciddi tədbirlər görülür və bundan sonra da görüləcək. Belə halları təkrar yol verənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

Qeyd edək ki, 2021-ci ilin 7 ayında sudan qanunsuz istifadə ilə bağlı “Azərsu” ASC üzrə 10 min 519, Qaradağ rayonu üzrə isə 445 fakt aşkarlanıb. Bu hallar üzrə müvafiq olaraq, 2 milyon 877 min kubmetr, Qaradağ üzrə isə 109 min kubmetr həcmində sərfiyyat bərpa edilib.image-16288563631815259366_1000x669 image-16288563634371245699_1000x669 image-16288563636401113218_1000x669


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki