Bakıda evdən xeyli miqdarda qızıl oğurlanıb. Daxili İşlər Nazirliyindən Veteninfo.az-a verilən məlumata görə, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 18-də Binə qəsəbəsindəki evlərin birindən 500 manat pul və 20 min manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb. Bu ev sahibəsinin kürəkəni T.Kərimovdur. O, törətdiyi əməli etiraf edib.