image-azax-qazaxbackend

Qazaxda 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Mənim Azərbaycanım, adına Zəfər yaraşır!” adlı bayram tədbiri keçirilib

image-reklam_sirab_01

2020-ci ilin 27 sentyabrında düşmənin növbəti təxribatı zamanı Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Müzəffər Ordumuzun qətiyyətli əks hücumu ilə başlanan Vətən müharibəsi noyabrın 10-da Tarixi Zəfərimizlə yekunlaşdı. 44 günlük haqq savaşımızda erməni işğalçılarının başını “Dəmir yumruq”la əzdik, onları müqəddəs torpaqlarımızdan “İti qovan” kimi qovduq. Bu gün Azərbaycan xalqı 8 Noyabr – Zəfər Gününü qalib ölkənin vətəndaşı olaraq qürurla qeyd edir.
8 Noyabr – Zəfər Günü respubikamızın hər yerində olduğu kimi, Qazaxda da silsilə tədbirlərlə qeyd edilir.
Noyabrın 4-də Qazax Rayon İcra Hakimiyyətinin və Rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Mənim Azərbaycanım, adına Zəfər yaraşır!” adlı tədbir keçirilib.
Bayram tədbirində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, köməkçisi Akif Əmirov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, əməkdaşları, Birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinin ailələri, müharibə iştirakçıları və əlilləri, ağsaqqallar, ziyalılar, ictimaiyyət və KİV nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə şəhərin mərkəzində yerləşən Şəhidlər xiyabanını ziyarət edib, memorial önünə tər qərənfillər düzərək torpaqlarımızın azadlığı uğrunda canlarından keçən bütün şəhidlərimizin əziz xatrəsini ehtiramla yad ediblər.
Sonra tədbir Mədəniyyət Mərkəzinin böyük zalında davam edib. Rayon rəhbərliyi və qonaqlar Mərkəzin foyesində Qazax Rayon Uşaq-Gənclər İnkişaf Mərkəzinin və Qazax Dövlət Rəsm Qalereyasının dərnək üzvlərinin 8 Noyabr – Zəfər Gününə həsr etdikləri rəsmlərdən ibarət sərgi ilə tanış olublar. Rəsmlərdə rəşadətli Azərbaycan ordusunun qazandığı qələbə, işğaldan azad olunmuş torpaqlarımız, xüsusi olaraq Şuşa şəhəri özünün geniş əksini tapıb.
Tədbirin aparıcıları, Qazax Dövlət Dram Teatrının aktyorları Yusif Qoca və Zəmanə Dərviş bayram tədbirini açıq elan edərək qonaqları, şəhid ailələrini, müharibə əlillərini, tədbirdə iştirak edənləri salamlayıb, xoş sözlərini çatdırıblar.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Vətən uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla ehtiramla anılıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını, şəhid ailələrini, müharibə iştirakçılarını və əlillərini salamlayıb, 8 Noyabr – Zəfər Günü münasibətilə hər birini təbrik edib, xoş arzularını çatdırıb. Öncə dəvəti qəbul edib bayram tədbirinə gəldiklərinə görə şəhid ailələrinə və qazilərə minnətdarlığını bildirib.
Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, Xüsusi Təyinatlı Qüvvələrin mənsubu, baş leytenantı “Azərbaycan Bayrağı” ordenli Vətən müharibəsi şəhidi baş leytenant Xaliddin Nəsibovun atası Vaqif Nəsibov əlamətdar gün münasibətilə çıxış ediblər.
Sonra tədbir bayram konserti ilə davam etdirilib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki