image-photo-2023-04-14-09-19-15backend

Qazaxıstan-Azərbaycan dostluğunun bariz nümunəsi

image-reklam_sirab_01

 

Astanada Heydər Əliyev küçəsinin açılşı Qazaxıstan dövlətinin və xalqının Ulu Öndərə olan səmimi münasibətinin və ehtiramının əlamətidir

Orta Asiyaya dövləti olan Qazaxıstan ilə Azərbaycanın tarixi əlaqələri qədim dövürə gedib çıxır. Həm Azərbaycan, həm də Qazaxıstan Böyük “İpək yolu” dövlətləri hesab olunur. İki dövlət arasında əlaqələr ticari və mədəni əsaslarla inkişaf edib. Buna görə də Azərbaycan və Qazaxıstan arasında tarixən dostluq və mehriban qonşuluq əlaqələri olub. Prezident İlham Əliyevin aprelin 10-da Qazaxıstana səfəri zamanı keçirilən görüşlərdə, aparılan müzakirələrdə bu dostluq və qardaşlıqdan irəli gələn səmimiyyət bir daha özünü göstərib. Səfər çərçivəsində Astanda Prezident İlham Əliyevin Prezident Kasım-Jomart Tokayev ilə geniş tərkibdə də görüşü olub. Görüşdə Prezident İlham Əliyev qeyd edib ki, Qazaxıstan və Azərbaycan bütünlükdə öz xüsusi resurslarına güvənən, xarici köməkdən asılı olmayan və öz taleyini, öz gələcəyini özləri quran ölkələrdir: “Bu da bugünkü dünya siyasətində ən mühüm amildir. Düşünürəm ki, bizim ölkələrimizin milli maraqlarının müdafiəsinə prinsipial yanaşma nümayiş etdirməyimiz də xalqlarımızın xarakterinə dəlalət edir”.

Tarixi köklərə malik olan Azərbaynla Qazaxıstanı nadir təbii sərvətli Xəzər dənizi birləşdirir. Hər iki dövləti birlişdirən digər cəhət türk dünyasının aparıcı dövlətiləri olmalarıdır. Eyni zamanda, Azərbaycan və Qazaxıstan daima müttəfiq dövlətlər olublar. Prezident İlham Əliyev Qazaxıstanda verdiyi bəyanatında müttəfiqlik münasibətlərinə də toxunub: “Keçən ilin avqust ayında Qazaxıstan Prezidentinin Azərbaycana rəsmi səfəri zamanı Müttəfiqlik qarşılıqlı əlaqələrinin və strateji tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi haqqında Bəyannamə imzalandı. Cari ilin 10 aprel tarixində imzalanmış Bəyannamə də əlaqələrin və müttəfiqlik münasibətlərinin möhkəmlənməsinə yönəlib. Bunun əsasını ölkələrimizin qardaş xalqları arasında çoxəsrlik tarixə malik olan qarşılıqlı əlaqələr, dostluq və əməkdaşlıq təşkil edir”.

Prezident İlham Əliyev mətbuata bəyanatında Astananın mərkəzində Heydər Əliyevin adını daşıyan küçənin açılışını da xüsusi vurğulayıb. “Küçənin açılışı Ulu Öndər Heydər Əliyevin xatirəsinə, habelə bütün Azərbaycan xalqına hörmətin, dostluğun, qardaşlığın əlamətidir”, deyə cənab Prezident əılavə edib. Qeyd edək ki, aprelin 10-da Astanada Heydər Əliyev küçəsinin təntənəli açılış mərasimi keçirilib. Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev açılış mərasimində iştirak ediblər. Prezident İlham Əliyev açılışı mərasimində çıxış edərək deyib ki, Ulu Öndər həyatının müəyyən dövründə haqsızlığa, təzyiqlərə məruz qalırdı: “Ona qara yaxılır, böhtan atılırdı. Lakin Azərbaycan xalqı ona həmişə inanırdı və ən çətin dövrdə – Azərbaycan xalqının gələcəyi məhz onun kimi insanlardan asılı olanda o, ölkəyə rəhbərlik etdi və Azərbaycanı faktiki olaraq dünyanın siyasi xəritəsindən silinməkdən xilas etdi”.

Astanada Heydər Əliyev küçəsinin açılşının xüsusi rəmzi mənası var. Bu, Qazaxıstan dövlətinin və xalqının Ulu Önər Heydər Əliyevə olan səmimi münasibətinin və ehtiramının əlamətidir. Qazaxlar Ulu Öndər Heydər Əliyevə, ümumiyyətlə, azəraycanlılara çox gözəl münasibət göstərirlər. Bu, hər iki dövlətin rəhbərlərinin əməyinin nəticəsidir. Qazaxıstan dövlətinin və xalqının oradakı azərbaycanlılara, xüsusən Ümummilli Lider Heydər Əliyevə olan hörməti soydaşlarımızı və dövlətimiz qane edir. Onu da deyək ki, Ulu Öndərin 100 illik yubileyi Qazaxıstanda da qeyd olunur. Açılışda bildirildiyi kimi aprelin 10-dan Qazaxıstanda Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş bir sıra mühüm tədbirlərə start verilib. Belə ki, elə həmin gün “Qazaxıstan” telekanalında Heydər Əliyevin zəngin həyat yolu haqqında “Görkəmli həyat” adlı sənədli filmin premyerası olub.

Ulu Öndər Heydər Əliyevin nüfuzu Qazaxıstandakı soydaşlarımıza ən böyük dəstək olub. Bu, Qazaxıstanla dostluq və qardaşlığun bariz nümunəsidir. Sevindirci haldır ki, bu dostluq və qardaşlığı Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev başda olmaqla hər iki dövlət və xalq davam etdirir.

Paşa-zadə Kamal Çingiz oğlu
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin violonçel ixtisası üzrə müəllimi, Azərbaycan Respublikasının Əməkdar müəllimi

 

 

 

 

 

 

 

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki