image-0b653d93-a44c-361f-bce6-17fe59d0ed6c_850backend

Qazaxıstanda şaxtada partlayış olub, ölənlər var

image-reklam_sirab_01

Qazaxıstanın Karağandı vilayətində “ArselorMittal Temirtau” SC-nin Lenin adına mədənində 4 şaxtaçı qaz partlayışı nəticəsində həlak olub, daha 4 nəfər xəstəxanaya yerləşdirilib.

Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Mövcud ilkin məlumata görə, noyabrın 3-də, təxminən, səhər saat 3 radələrində Şaxtinsk şəhərində “ArselorMittal Temirtau” SC-nin Lenin adına mədənində qaz-drenaj quyularında qazma işləri aparılarkən qəfil qaz partlayışı baş verib. Olay 4 işçinin ölümünə səbəb olub, digər işçinin axtarışları davam edir. Daha 4 işçi xəstəxanaya yerləşdirilib”, – məlumatda deyilib.

Fövqəladə Hallar Nazirliyi bildirib ki, mədəndə çalışan 106 işçi təxliyə edilib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki