Vətəninfo.az Qazaxıstanın “Polisia.kz” saytına istinadən xəbər verir ki, Qazaxıstan Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə İdarəsi Qazaxıstanda internet fırıldaqçılarının yeraltı şəbəkəsinin ləğv edildiyini açıqlayıb.Əməliyyatı Şərqi Qazaxıstan vilayətinin polis idarəsinin kiberpolis əməkdaşları Milli Təhlükəsizlik Departamenti və Ust-Kamenoqorsk prokurorluğu ilə birgə həyata keçirib.Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə İdarəsinin rəisi bildirib ki, üç ünvanda 489 ədəd mobil operatorun sim-kartı, 13 ədəd kompüter, 4 router və 1 ədəd noutbuk müsadirə edilib.Bundan əlavə, Karaqandada əcnəbi vətəndaş saxlanılıb, ondan 128 yuva və iki minə yaxın sim kart, iki marşrutlaşdırıcı və siqnal gücləndiricisi olan sim-boks aparatı müsadirə edilib. Bütün təqsirləndirilən şəxslər müvəqqəti saxlama təcridxanasına yerləşdirilib. Sayt yazır ki, bir müddət əvvəl Almatıda polis daşınmaz əmlakla bağlı dələduzluq sxeminin üstünü açıb. Silsilə dələduzluqlar törətməkdə şübhəli bilinən 21 yaşlı Çimkənd sakini saxlanılıb.