image-img-20210331-wa0034backend

Qətlə yetirilən Bəxtiyarın atası Prezidentə müraciət etdi

image-reklam_sirab_01

Veteninfo.az xəbər verir ki,  bu ilin mart ayının 1-də Bakı şəhər Xətai rayon N.Tusi küçəsi 18 ünvanda yerləşən  binanın qarşısında 1999-cu il təvəllüdlü Nəsibov Bəxtiyar Əli oğlu 2002-ci təvəllüdlü Əli Abbasov tərəfindən bıcaqla  ürək nahiyyəsindən aldığı zərbə nəticəsində dünyasın dəyişib.
Bu qətl hadisəsin törədən Əli Abbasov hüquq-mühafizə orqanları tərəfindən həbs olunub və Bakı şəhər Xətai rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Aparılan istintaq işi və keçirilən məhkəmə ilə bağlı mərhum Bəxtiyar Nəsibovun atası Əli Nəsibov narahatdır.
Ölkə Prezidenti İlham Əliyevə və Respublikanın Baş Prokuroruna müraciət edən Əli Nəsibov övladını qətli ilə bağlı başlatılan istintaqın nəzarətə götürülməsin istəyir: “Eşitmişəm ki,bu aatilin dayısı hüquq-mühafizə sistemində işləyir.Dayısı aparılan istintaqa müdaxilə edərək övladımı,gələcəyin polis nəfəri olmağa hazırlaşan Bəxtiyarımı amansızcasına qətlə yetrən cani Əli Abbasova az bir iş verilsinə çalışır.
Cənab Prezident,
Sizdən övladı qətlə yetrilən bir ata olaraq xahiş edirəm istintaq işini nəzarətə götürün.Yoxsa qatil  polis orqanlarında çalışan dayısı vasitəsi ilə azadlığa  çıxa bilər”.
Əli Nəsibov bildirib ki,qatilin anası və bacısı da polis orüanlararında işləyib.
Anası polisdən pensiyaya çıxıb,bacısı isə cinayətkar qardaşına görə polis orqanlarından uzaqlaşdırılıb”.

Qeyd edək ki,Bəxtiyar Nəsibov Daxili İşlər orqanlarında işə daxil olmağa hazırlaşırdı.Onun DİN-nin polis nəfəri olmaq üçün müəyyən etdiyi testlərin bir neçəsindən də keçibmiş.Amma  baş verən cinayət onu gələcəyin üanun keşişcisi olmasına imkan verməyib.

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki