image-6215cde738c276215cde738c2816455961356215cde738c256215cde738c26backend

Qrivna manata qarşı altıillik minimuma enib

image-reklam_sirab_01

Bu gün Ukrayna qrivnasının (UAH) Azərbaycan manatına (AZN) qarşı rəsmi məzənnəsi 0,0585 manat (1 manat/17,09 qrivna) təşkil edib ki, bu da 2016-cı ilin aprel ayının 4-dən bəri qeydə alınan ən aşağı göstəricidir.

Rusiyanın Ukrayna ərazisindəki “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın “müstəqillikləri”nin tanıması fonunda Ukraynanın milli valyutası ABŞ dollarına (USD) da nisbətdə əhəmiyyətli dərəcədə dəyər itirib. Manatın ABŞ dollarına qarşı məzənnəsinin 1 dollar/1,7 manat səviyyəsində olan sərt bağlılığını nəzərə alaraq, qrivnanın dollar qarşısında dəyərsizləşməsi AZN-UAH cütlüyündə də qrivnanı kəskin endirib.

Qeyd edək ki, Rusiya ilə Ukraynanın arasında cərəyan edən münaqişənin oktyabr ayında yeni intensiv mərhələ qədəm qoymasından bəri qrivna manata nisbətdə təxminən 9% itirib. Bundan əlavə, Ukraynanın dollarda və ödəmə müddəti 2032-ci il olan dövlət istiqrazları da rekord aşağı səviyyəyə enərək 71,69 sent səviyyəsində ticarət olunub.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki