image-reklam-veteninfo
image-b15backend

Qubada İİV, QİÇS və narkotiklərin fəsadları ilə bağlı maarifləndirmə aksiyası keçirilib

image-reklam-veteninfo

 

13 dekabr 2023-cü il tarixində AİDS-lə Mübarizə İctimai Birliyinin əməkdaşları tərəfindən Quba şəhərində əhali arasında maarifləndirmə tədbiri keçirilib.

Tədbir zamanı Quba şəhərinin sakinlərinə İİV və QİÇS, onların profilaktikası və yoluxma yolları, həmçinin narkotik istifadəsinin insan sağlamlığına yaratdığı risklər və fəsadlar barədə məlumat verilib.

Maarifləndirmənin daha geniş auditoriyanı əhatə etməsi məqsədilə sakinlərə İİV və QİÇS, narkotiklərin fəsadları və sağlam həyat tərzi ilə bağlı hazırlanmış maarifləndirici bukletlər paylanılıb.

Aksiyanın əsas məqsədi əhali arasında İİV və QİÇS haqqında düzgün məlumatlılığın artırılması, narkotik istifadəsinin yaratdığı təhlükələr barədə maarifləndirmənin gücləndirilməsi və profilaktik tədbirlərin təşviq olunması olub.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki