image-7fad2e25-d272-3d2e-aabc-4ccdbde9cd91_850backend

Rafael Fiziyev Bakıda idman azarkeşləri ilə görüşəcək

image-reklam_sirab_01

Azərbaycanın məşhur MMA döyüşçüsü Rafael Fiziyev idman azarkeşləri ilə görüşəcək.

tədbir avqustun 5-də “Dəniz Mall”da baş tutacaq. Görüşdə 29 yaşlı idmançının imza sessiyası keçiriləcək.

Bütün idman həvəskarları üçün giriş sərbəst olacaq.

Qeyd edək ki, “Ataman” ləqəbli Rafael Fiziyev UFC-də keçirdiyi son 6 döyüşündə rəqiblərə qalib gələrək yüngül çəkidə kəməri qazanmağa əsas namizədlərdən biri olub. O, ötən ayın 9-da braziliyalı Rafael dos Anjosla döyüşə ilk dəfə Azərbaycan təmsilçisi kimi çıxıb.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki