image-ramin-ehmedovbackend

Ramin Əhmədov: “sağ qayıdacağına ümid etmədiyi balasını bağrına basması dünyalara dəyməzmi?”

image-reklam_sirab_01
Azərbaycanla Ermənistan arasında hərbçilərin qarşılıqlı surətdə azad edilməsi barədə razılığın əldə olunması, Azərbaycan dövlətinin və bilavasitə cənab Prezidentin ölkə vətəndaşlarına, hərbçilərə verdiyi dəyərin, əsirlikdə olan şəxslərin yaxınlarının hisslərinə şərik olmasının bariz nümunəsidir. Bu razılaşmada heç şübhəsiz ki, rəsmi Bakının mövqeyi, iradəsi böyük rol oynayıb. Bəli, bu hadisəni tam əminliklə “Prezidentimizin öz hərbçilərinə verdiyi dəyərin göstəricisi kimi qiymətləndirməliyik. Sayından asılı olmayaraq bir hərbçininin belə həyatı Dövlət başçımız üçün önəmlidir. Bunun bir daha şahidi olduq.
Vətəninfo.az xəbər verir ki, bu fikirləri Türk Ağsaqqalları Birliyinin təsisçisi, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov bildiirb. Ramin Əhmədov qeyd edib ki, əsirlikdən azad olunmuş hərbçilərimizin ailə üzvlərinin müsahibələri ilə yəqin ki, tanışsız. Onları dinlədikcə,nə qədər əhəmiyyətli addım atıldığına bir daha əmin olursan. “Biz ölmüşdük, bizi təzədən diriltdilər” deyən ananın sevinci, gözlərinin yollardan çəkilməsi, sağ qayıdacağına ümid etmədiyi balasını bağrına basması dünyalara dəyməzmi?
Bir məqamı da xüsusi qeyd etməliyik ki, əldə olunmuş razılaşma Azərbaycan xalqına qarşı müharibə cinayətləri törətmiş və hazırda Bakıda həbsdə olan qondarma rejimin rəhbərlərinə aid deyil. Yəni Otuz iki nəfərlik siyahıya Araik Arutunyan, Bako Saakyan, Arkadi Qukasyan, Ruben Vardanyan, o cümlədən Vaqif Xaçaturyan, Alyoşa Xosrovyan kimi cinayətkarların adı daxil edilməyib. Bu da heç şübhəsiz ki, Cənab Prezidentin qəytiyyəti və prinsipiallığının göstəricisidir.
Vətəninfo.az

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki