image-reklam-veteninfo
image-agdammbackend

Razılaşma əldə olundu: Ağdamdan Xankəndiyə ilk bu yük aparılacaq

image-reklam-veteninfo

Xankəndindəki separatçı rejim təkzib etsə də, Ermənistan mediası Ağdam-Xankəndi marşrutunun açılması qərarının verildiyini yazır.

“İravunk” nəşri Ağdam yolundan ilk daşınacaq yükün nədən ibarət olduğu haqda məlumat əldə edib.

“Razılığa əsasən Ağdam yolundan ilk olaraq dərman və tibbi ləvazimatlar Xankəndinə aparılacaq”, – nəşr yazır.

Nəşr mənbələrinə istinadən iddia edir ki, yolun açılması məsələsi ABŞ və Rusiya arasında da razılaşdırılıb: “Hər iki tərəf bu məsələdə konsensusa gəliblər”.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki