dəfə yaralanıb.
Qəhrəman zabitimiz ilk dəfə döyüşlərin şiddətli vaxtında – oktyabrın 21-də yaralansa da, döyüş meydanını tərk etməyib, tabeçiliyində olan şəxsi heyəti tək buraxmayıb. Xidmətini düşmən üzərində addım-addım, qarış-qarış qələbə qazanmaqla davam etdirib. Bu davranışına görə şəxsi heyətin hər zaman hörmətini qazanan R.Nəsirov hərbçilərin ən sevimli komandirinə çevrilib. R.Nəsirov Azərbaycan Ordusunun ən peşəkar, bacarıqlı və istedadlı hərbçilərindən biridir.
O, Vətən müharibəsində Xocavənd istiqamətində gedən döyüşlər zamanı da yaralanıb. Amma yaralı olmasına baxmayaraq, onun təcrübəsi, peşəkarlığı nəticəsində verdiyi tapşırıqlar uğurla icra edilib və mühasirə tam yarılıb. Onlar itki vermədən mühasirədən çıxıb, düşmənin isə onları mühasirəyə salan xeyli sayda hərbçisi məhv edilib. Yalnız bundan sonra komandir Nəsirov hospitala göndərilib və müalicəsi yekunlaşıb sağaldıqdan sonra yenidən xidmətə qayıdıb.
Polkovnik-leytenant Rəşad Nəsirov hazırda xidmətini N saylı hərbi hissədə hərbi hissə komandirinin müavini vəzifəsində davam etdirir.
O, Vətən müharibəsində göstərdiyi igidlik, şücaət və qəhrəmanlığına görə Ali Baş Komandan tərəfindən “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə, həmçinin “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub.
Qəhrəman polkovnik-leytenantımız ailəlidir, üç övladı var.
Cənab Rəşad Nəsirovu ad günü münasibətilə təbrik edir, ona həyatda xoşbəxtlik, xidməti fəaliyyətində uğurlar arzulayırıq.




























