image-1617949849_modern-az_modern-az_g_558_160backend

Pərviz Həşimli Baş prokurora müraciət etdi: “Mövlan Şıxəliyevin bu cinayətdəki rolu araşdırılsın”

image-reklam_sirab_01

Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin qurama ittihamları ilə 2013-cü ildə həbs edilən insan haqları fəalı, jurnalist Pərviz Həşimli Azərbaycanın yeni baş prokuroru Kamran Əliyevə təkrar müraciət edib.

Jurnalistin bu müraciətinə səbəb isə MTN-nin İstintaq Baş İdarəsinin sabiq rəisi general-mayor Mövlan Şıxəliyevin həbsi olub.

 

Pərviz Həşimlinin Kamran Əliyevə müraciətini olduğu kimi təqdim edirik:

Hörmətli cənab Baş Prokuror!

image-perviz-650x650

Azərbaycan Respublikası Baş Prokurorluğunun yaydığı məlumata görə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin sabiq İstintaq Baş İdarəsinin rəisi Şixəliyev Mövlam Məmmədismayıl oğlunun MTN-də vəzifədə işlədiyi dövrdə tabeliyində olan şəxslərlə birlikdə 9 halda cinayət işləri üzrə sübutları saxtalaşdırmasına, vəzifə səlahiyyətlərindən sui istifadə edərək müxtəlif korrupsiya cinayətləri törədərək külli miqdarda rüşvət tələb etməsinə və almasına, 4 halda isə ayrı-ayrı şəxslərin külli miqdarda əmlaklarını və pul vəsaitlərini hədə qorxu ilə tələb edərək ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilmiş təqsirləndirilən şəxs qismində cəlb edilməklə, Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (ağırlaşdırıcı hallarda hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (ağırlaşdırıcı hallarda rüşvət alma), 341.2.1, 341.2.3 (ağırlaşdırıcı hallarda vəzifə səlahiyyətlərindən sui istifadə etmə və vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham elan edilmiş və barəsində Bakı hərbi məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Hörmətli Kamran müəllim!

MTN-də fəaliyyət göstərmiş mütəşəkkil dəstənin cinayətlərinin qurbanlarından biri kimi inanmaq istəyirəm ki, Prokurorluq tərəfindən bu şəxs barədə istntaqı davam etdirilən cinayət işində rəhbərlik etdiyi İdarənin mənə qarşı törətdikləri qanunsuz hərəkətləri də araşdırılır. Daha əvvəl də Sizə müraciətlərimdə yazdığım kimi, bu terror çetesi eyni silahlarla həm Prezident Heydər Əliyev Hökümətində xarici iqtisadi əlaqələr nazrliyinə rəhbərlik etmiş Nicat Quliyevi həm də məni şərləyib. Bunun üçün əlimdə ciddi əsaslar var və həm sabiq nazir Nicat Quliyev şəxsən özü həm də onun hüquq müdafiəçiləri KİV-lərə müsahibələrində bu barədə kifayət qədət ətraflı məlumat vermiş, MTN-nin saxtakarlıqlarının miqyasını, törətdiyi dəhşət və vəhaməti açıq aydın şəkildə gözlər önünə sərmişdilər.

image-movlam

Sizdən xahiş edirəm ki, MTN-nin mənim barəmdə saxtalaşdırdığı cinayət işinin (1042) və mənə qarşı qondarma ittihamların irəli sürülməsində Mövlan Şixəliyevin iştirakının araşdırılmasına və məni onun barəsində cinayət işi üzrə zərərşəkmiş şəxs qismində tanınmağıma göstəriş verəsiniz.

Haqq, Hüquq və Ədalət naminə!

Hörmətlə,

Pərviz Həşimli


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Popup Image