image-photo-2022-12-11-13-03-19backend

Ruhun şad olsun, Ümummilli Lider

image-reklam_sirab_01

12 dekabr Ulu Öndər, əvəzolunmaz şəxsiyyət, dahi insan Heydər Əliyevin anım günüdür

Bu anım mərhələsi vahid bir xalqın, bütöv bir millətin hüzn, kədər günüdür. Çünki Heydər Əliyev itkisi xalqmız üçün ümummilli itkidir. Buna görə də Azərbaycanın bütün bölgələrində, o cümlədən paytaxt Bakıda Heydər Əliyevin vəfatının 19-cu ildönümü ilə əlaqədar anım mərasimləri təşkil olunur. Artıq 19 ildir ki, 12 dekabrda Prezident İlham Əliyev başda olmaqla dövlət qurumları, siyasi partiyalar, qeyri-hökumət təşkilatları, media orqanları və ictimaiyyətin nümayəndələri Heydər Əliyevin Fəxri Xiyabandakı məzarını ziyarət edirlər.
Qeyd edək ki, Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Naxçıvanda anadan olub. 1944-cü ildən təhlükəsizlik orqanları sistemində çalışan Heydər Əliyev 1964-cü ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə qurumun sədri vəzifəsində işləyib, təhlükəsizlik orqanlarında general-mayor rütbəsinə qədər yüksəlib. Həmin illərdə Leninqradda xüsusi ali təhsil alan Heydər Əliyev 1957-ci ildə Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il iyul plenumunda Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və sabiq SSRİ-nin rəhbərlərindən biri olub.
Heydər Əliyev 1987-ci ilin oktyabrında Sov. İKP MK Siyasi Bürosunun və baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa verib. 1990-cı il yanvarın 20-də sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edən Heydər Əliyev Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb edib. O, Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk edib.
1990-cı ilin iyulunda Azərbaycana qayıdan görkəmli ictimai-siyasi xadim ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin il həmçinin Azərbaycan Ali Sovetinə deputat seçilib. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olub. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib. 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilən Heydər Əliyev iyulun 24-də Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də keçirilən seçkilər nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçilib. O, 1998-ci il oktyabrın 11-də keçirilən növbəti prezident seçkilərində yenidən Azərbaycan Respublikasının Prezidenti postuna seçilib. 2003-cü il oktyabrın 15-də keçirilən prezident seçkilərində namizədliyinin irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə əlaqədar seçkilərdə iştirakdan imtina edib. Uzun müddət ABŞ-ın Klivlend klinikasında müalicə olunan Heydər Əliyev 2003-cü il dekabrın 12-də dünyasını dəyişib.
Azərbaycanın xarici ölkələrdə fəaliyyət göstərən səfirlikləri və diaspor təşkilatları da Heydər Əliyevin vəfatının 19-cu ildönümü münasibətilə anım mərasimləri təşkil edirlər. Bu anim mərasimlərində Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilir, büstü önünə əklillər qoyulur. Tədbirlərdə görkəmli siyasi xadim Heydər Əliyevin həyat və siyasi fəaliyyəti, Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsində, demokratik, hüquqi dünyəvi dövlət quruculuğunda, ölkəmizdə sabitliyin bərqərar olunmasında misilsiz xidmətləri barədə tədbir iştirakçılarına geniş məlumat verilir. Həmçinin Ümummilli lider Heydər Əliyevin həyat və yaradıcılığından, ictimai-siyasi fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilir. Bütün bunlar dünya azərbaycanlılarının Ulu Öndər şəxsiyyətinə və ruhuna verdiyi sayğı və hörmətin bariz nümunəsidir. Çünki Ulu Öndərin müdrik siyasəti nəticəsində Azərbaycan, sözün əsl mənasında, müstəqil dövlətə çevrilib. Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyevi Azərbaycan dövlət müstəqilliyinin qurucusu kimi qəbul edir. Onun rəhbərliyi altında dövlətçiliyin əsasları qoyuldu və ciddi islahatlara start verildi. Azərbaycan beynəlxalq aləmdə öz möhkəm yerini tuta bildi. Ən ağır məqamlarda Azərbaycan xalqı əmin idi ki, Heydər Əliyev müstəqilliyi, dövlət maraqlarını, xalqımızın, dövlətimizin maraqlarını qoruyacaq və xalqımızın inkişafı ilə bağlı ən düzgün qərar verəcəkdir. Xalqla iqtidar arasındakı birlik ölkənin uğurlarının əsas səbəbidir. Buna görə də xalq öz Ümummilli Liderini heç zaman unutmur.

Qasımov Səyavuş Kamran oğlu, Avrasiya Universitetinin Beynəlxalq
əlaqələr üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent

 

 

image-reklam_opel_02

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki