“Kremlin mətbuat katibi Dmitri Peskov deyib ki, Qərb dövlətləri Rusiyanı Qarabağdan sıxışdırıb çıxarmağa çalışır. Görəsən Peskov nəyi nəzərdə tutub?”- Vətəninfo.az xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu bildirib.
Politoloq qeyd edib ki, Rusiya Azərbaycanın tərkib hissəsi olan Qarabağda niyə olmalıdır?
“Bəli, Qərb dövlətlərinin bir qismi Rusiyanın Cənubi Qafqazda təsir imkanlarını azaltmağa çalışır. Ancaq bunun Qarabağa aiddiyyatı yoxdur. ABŞ və ya Fransa İrəvanın istəyi ilə Ermənistanda Rusiya hərbçilərini əvəz etmək istəyərdilər, ancaq Qarabağda Rusiya hərbi kontingentini əvəz etmək mümkün deyil. Çünki Rusiya hərbi kontingentini evinə yol salmağa çalışan Azərbaycan rus hərbçilərini Qarabağda başqa ölkənin hərbi qüvvəsi ilə əvəz etməyə icazə verməyəcək. Bunu Peskov da bilməlidir.”-deyə Elxan Şahinoğlu bildirib.