“Azərbaycan və Ermənistan arasında müzakirə olunan sülh müqaviləsinin Sankt- Peterburqdakı görüşlə heç bir əlaqəsi yoxdur. Bu görüşlər sözsüz ki, ənənəvi xarakter daşıyır. Bu görüşlərdə ən diqqətəçəkən məaqm Ermənistanın bu tədbirdə iştirakıdır” -bu fikirləri Azərbaycan Televiziyasının efirində Milli Məclisin deputatı Cavanşir Feyziyev bildirib.
Millət vəkili əlavə edib ki, Ermənistan uzun müddətdən sonra anladı ki, o Rusiyadan qopması mümkün deyil.
“Ermənistan Qərbə yönəlmək istəməsi onun üçün ciddi problemlərə yol aça bilərdi. Rəsmi İrəvan bunu gec də olsa anladı. Rusiya Lars yolunu bağlamaqla Ermənistanı məngənəyə salaya bildi.”-deyə Cavanşir Feyziyev bildirib.