Rusiya Federasiyasının Tambov vilayətində barıt zavodunda baş verən partlayış nəticəsində xəsarət alan daha bir nəfər xəstəxanada dünyasını dəyişib. Bununla da hadisə nəticəsində zərərçəkənlərin sayı 5-ə çatıb. Vətəninfo.az TASS istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası İstintaq Komitəsinin mətbuat xidməti məlumat yayıb.
Daha əvvəl şirkətin mətbuat xidməti TASS-a bildirib ki, ümumilikdə 12 nəfər xəsarət alıb, onlardan 4-ü dünyasını dəyişib.
Daha əvvəl Tambov qubernatoru qeyd edib ki, barıt zavodunda baş verən partlayışa səbəb insan faktoru olub.
O, həmçinin əlavə edib ki, hadisədən sonra zavodun işçiləri və yaxınlıqdakı qəsəbə sakinləri üçün heç bir təhlükə yoxdur.