Səfəvi dövlətinin zəifləməsindən istifadə edən Rusiya imperiyası 1694–1722-ci illərdə hakimiyyətdə olan IX Səfəvi şahı Sultan Hüseynə ciddi təzyiqlər edirdilər. Azərbaycan Səfəvi dövlətində XVII əsrin son onilliyinə qədər davam edən əmin-amanlıq şəraiti Şah Sultan Hüseynin hakimiyyətə gəlməsi ərəfəsində artıq böhranla əvəzlənmişdi.1694-cü il avqustun 6-da onun hakimiyyətə gəlişi isə sadəcə Azərbaycan Səfəvi dövlətinin tənəzzülünü dərinləşdirib süqutunu tezləşdirmişdi.
I Pyotrun Azərbaycandakı elçisi Artemi Volınski Şah Hüseyn Soltan barədə, dövlət barədə tez-tez kəçfiyyat məlumatları Çara göndərirdi. Artemi Volınski Peterburqa yazdığı məktubunda şah Sultan Hüseyni nəzərdə tutaraq yazırdı: “Burada elə bir hakim vardır ki, o, təbəələri üzərində deyil, təbəələri onun üzərində hökmranlıq edirlər və yalnız padşahlar arasında deyil, sadə adamların arasında belə bir axmaq az tapılar”
Bu məktublaşmadan xəbər tutan Şah Sultan Hüseyn bir ildən artıqdır ki, sarayda dolanaraq burnunu hər dəlikə soxan ruslardan mümkün qədər tez qurtulmağa çalışırdı.
Səfəvi dövlətinin zəifliyi göz qabağında idi və şah sarayı detalların onların qüdrətli qonşusuna bəlli olmasını istəmirdi. Onu geri qaytarmaq üçün hədiyyələr hazırlayan Şah elçini sarayı tərk edib Rusiyaya geri qayıtması üçün təklif edir ki, “Çarın ən bəyənəcəyi hədiyyəni desin, onu gönərək”.
Artemi Volınski Şahı pərt etmək üçün deyir:
“Çarın ən bəyəndiyi hədiyyə var. Siz ona FİL göndərin”
Seçim yox idi, imtina ciddi təhqirə səbəb ola bilərdi və elçiyə bir fil verildi. Artemi Volınski şahı pərt etmək istəyirdi, amma özü pərt vəziyyətinə düşür. Fili gətirib elçilik olan binanın qabağında saxlayırlar ki, aparın hədiyyənizi.
Amma onu o dövrün gəmisinə mindirmək mümkün deyildi.
Yalnız bir şey qaldı – quru yol ilə aparmaq. “Torpaq keçidi” alan Volınski sarayı tərk edir. Leytenant Lopuxin və elçiliyin mühafizəçisindən otuz əsgər fili müşayiət etmək üçün təyin edildi. Ekspedisiyaya “Şamaxı xanına filin sərbəst keçməsi haqqında fərman” adlı sənəd verildi.
Ona görə Lopuxin “Dərbənddən Terekə və Həştərxana qədər quru yol”la getməli idi. 9 mart 1718-ci ildə səyahətə çıxdı. Volınskinin özü, səfirliyin əsas hissəsi ilə dəniz yolu ilə Həştərxana getdi.
Ancaq ruslar yenə geri qayıdan zaman öz alçaq xislətlərindən əl çəkmirlər və elçi Lopuxinin qarşısında nəinki marşrut boyunca ərazinin xəritəsini tərtib etmək, həm də qoşunların keçməsi üçün ərazini öyrənmək vəzifəsini tapşırır.
Bunun nəticəsində Mir Mahmud Hotaki asanlıqla 1722-ci ildə Şah Sultan Hüseyni taxtdan sala bilir. Əfqanlar İsfahana daxil olub tacı şah Sultan Hüseynin başından qapdılar, övladlarını qılıncdan keçirdilər. Şah özü öz tacını Mahmud xanın başına qoyaraq “Sən məni yendin, Mahmud xan, mən məğlub oldum”- deyərək hakimiyyətdən əl çəkdi.
Beləlikə Rusiya öz istədiyinə çatır, regionda böyük güc sahibi olmuş Səfəviləri zəif duruma gətirir.
Zaur Əliyev, dosent