Bu gün İran prezidenti Məsud Pezeşkian ölkədə yaranmış vəziyyət fonunda milli birliyin əhəmiyyətini vurğulayıb.
Vətəninfo.az xəbər verir ki, Pezeşkian bildirib ki, son hadisələr zamanı İran xalqı 100 gündən artıq müddətdə ölkəni və inqilabı müdafiə edərək birlik nümayiş etdirib. Onun sözlərinə görə, məhz bu həmrəylik və dözümlülük düşmənlərin planlarının pozulmasında mühüm rol oynayıb.
Prezident qeyd edib ki, müxtəlif təzyiqlərə baxmayaraq, xalqın dəstəyi və vəhdəti ölkənin ən böyük sərvəti olaraq qalır.
«İran əleyhinə hazırlanmış bir çox plan və hesablamalar xalqın göstərdiyi həmrəylik sayəsində uğursuzluğa düçar olub», –
Pezeşkian əlavə edib.


























