image-a5a04004-bc44-3251-898f-eb3d8f4592cd_850backend

“Sabah” Ukrayna klubundan icarəyə götürdüyü futbolçu ilə vidalaşıb

image-reklam_sirab_01

Bakının “Sabah” klubu futbolçusu Lukas Rangellə yollarını ayırıb.

“Report” paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı hücumçu ilə mövsümün sonunda başa çatan icarə müqaviləsi yenilənməyib.

28 yaşlı forvarda xidmətlərinə görə təşəkkür edilib, ona gələcək karyerasında uğurlar arzulanıb.

Qeyd edək ki, Lukas Rangel 2021/2022 mövsümünün ikinci yarısında Ukrayna “Vorskla”sından icarəyə götürülmüşdü.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki