image-376235_res_01backend

Şadlıq saraylarında qiymətlər bahalaşdı

image-reklam_sirab_01

Şadlıq saraylarının fəaliyyətinə bu ilin iyun ayından etibarən icazə verildikdən sonra pandemiyadan əvvəlki dövrlə müqayisədə qiymətlər 18-20 faiz bahalaşıb. İqtisadi və Sosial İnkişaf Mərkəzindən verilən məlumata görə, monitorinqlər nəticəsində şadlıq saraylarında eyni menyunun pandemiyadan əvvəlki və indiki qiymətlərini müqayisə etdikdə qeyd olunan artım müşahidə edilir.

Bəzi şadlıq sarayları isə menyudakı qiymətləri eyni saxlayıblar, ancaq menyuya daxil olan yeməklərin sayını azaldıblar. Bu isə əslində gizli qiymət artımıdır.

Bundan əlavə şadlıq saraylarında qiymətlər yüksək olmaqla yanaşı, əksər obyektlərdə ərzaq məhsulları üzrə keyfiyyətin də aşağı olması müşahidə olunmaqdadır.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki