image-1backend

Şagirdi döyən təhsil idarəsinin müdiri DANIŞDI: “İstefamın əsl səbəbi…”

image-reklam_sirab_01

Xəbər verdiyimiz kimi, Quba-Xaçmaz Regional Təhsil Idarəsinin müdiri Rüfət Hacıyev tutduğu vəzifədən istefa verib. Rüfət Hacıyevin haqqında Xaçmaz şəhər 4 saylı orta məktəbin 9-cu sinif şagirdi, 2007-ci il təvəllüdlü Mirzəyev Nazim Ramiz oğluna qarşı zorakılıq göstərməsi barədə iddialar səsləndirilib. Ailənin iddiasına görə, sabiq idarə müdiri saçı uzun olduğuna görə məktəblilərin yanında şagirdi döyərək ona fiziki təzyiq göstərib. Rüfət Hacıyevin istefasının bu hadisə ilə bağlı olması iddia edilir.

Vətəninfo.az xəbər verir ki, bu barədə News24.az-a açıqlama verən Rüfət Hacıyev bildirdi ki, istefasının səbəbi haqqında səsləndirilən iddialar deyil:

“İstefamın səbəbi haqqımda yayılan iddialar deyil. Sadəcə söz-söhbətlərdən yorulmuşam”.

Xatırladaq ki, Rüfət Hacıyev bu gün tutduğu vəzifədən könüllü şəkildə istefa verib.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki