image-reklam-veteninfo
image-3backend

“Sağlamlıq turizmi böyük potensiala malikdir” – Mehmet Nuri Ersoy

image-reklam-veteninfo

“Dünyanın hər yerindən müalicə üçün gələnlər Türkiyədə təkcə şəfa deyil, həm də güvən, keyfiyyət və yüksək xidmət standartları tapırlar. Sağlamlıq infrastrukturu, ixtisaslı insan resursları və turizm təcrübəsi ilə Türkiyə qlobal sağlamlıq turizminin yüksələn ulduzu olmağa davam edir. Keçən il sağlamlıq turizmi üçün Türkiyəyə gələnlərin sayı 1,5 milyonu, bu sahədən əldə edilən gəlir isə 3 milyard dolları keçib.” – Vətəninfo.az xəbər verir ki, bu fikirləri Türkiyə Mədəniyyət və Turizm Naziri Mehmet Nuri Ersoy Mədəniyyət və Turizm Nazirliyi ilə  Səhiyyə Nazirliyi arasında bağlanan tərəfdaşlıq protokolu zamanı deyib.

Protokol imzalanma mərasimində çıxış edən mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy Türkiyənin bu sahədəki gücünü vurğulayaraq, “Son illərdə sürətlə inkişaf edən və alternativ turizm sahəsi kimi ortaya çıxan sağlamlıq turizmi ölkəmiz üçün böyük potensiala malikdir” -deyə bildirib.

Qlobal koronavirus epidemiyası zamanı Türkiyənin səhiyyə xidmətlərindəki uğurlarını xatırladan nazir Ərsoy, bu mühüm uğurda ölkəmizin səhiyyə sektorunun gücü və keyfiyyətinin böyük rol oynadığını bildirib.

Mədəniyyət və Turizm naziri Mehmet Nuri Ersoy imzalanan protokolla bağlı bunları deyib:

“Bu gün sağlamlıq turizmi sahəsində artımı daha da irəli aparmaq üçün Səhiyyə Nazirliyi ilə əməkdaşlığımızı daha da gücləndirəcəyik. Məqsədimiz təkcə sağlamlıq turizmi üçün ölkəmizə gələn turistlərin sayını artırmaq deyil, həm də bu sahədə xidmət göstərən qurumları qeydiyyata almaq, keyfiyyət standartlarını artırmaq və sektorumuzda qeyri-rəsmiliyin qarşısını almaqdır”.

“Əməkdaşlığımızı daha da genişləndirəcəyik”

Nazir Ersoy, protokol çərçivəsində atılan konkret addımları izah edərək, “Nazirliyimizlə Səhiyyə Nazirliyi arasında imzalanan bu əməkdaşlıq protokolu ilə Türkiyə Turizm Təşviq və İnkişaf Agentliyi (TGA) ilə Beynəlxalq Sağlamlıq Xidmətləri A.Ş. arasında ortaq tanıtım tədbirlərinin həyata keçirilməsi istiqamətində çox mühüm addım atıldı.

Çıxışlardan sonra iki nazir “Beynəlxalq sağlamlıq turizmi sahəsində əməkdaşlıq protokolu”nu imzalayıblar.

image-1 image-2 image-4 image-5


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki