image-6backend

Şamil Süleymanov: “Flora Kərimova məni görən kimi için-için ağladı…”

image-reklam_sirab_01
“İnanıram ki, zəfərlə bağlı film də çəkiləcək. Nəinki film, hətta əsərlər, tamaşalar da olacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında Xalq artisti Şamil Süleymanov deyib. Aktyor belə bir ssenaridə rol almağı və qalib Azərbaycan əsgərinin rolunu oynayacağını arzu etdiyini bildirib:
“Mən bu rolu canla-başla oynayaram. Vaxt vardı, bir-birimizə bayramları Şuşada keçirməyi arzu edirdik. İndi görün, bir ildə Şuşada neçə bayram keçirmişik. “Vaqif günləri”, “Xarı bülbül” festivalı, “Musiqi günü” və s. Nə kino, nə film? Mən Cıdır düzünə girəndə gözümə ilk dəyən Flora Kərimova oldu, məni görən kimi için-için ağladı. Getdim, onu qucaqladım. Çünki həmişə deyirdik ki, vaxt gələcək, Şuşada görüşəcəyik. Flora xanım da dərhal “Cıdır düzündə” deyirdi. Şuşada Xan qızı su çəkdirmişdi, hamı vedrələrlə su aparırdı evinə. İndi hansı krantı açırsan, su gəlir. Vandallar dağıdıb-töküblər, nələr eləyiblər… Belə şeyləri ancaq filmlərdə görürsən. Bir yandan da baxırsan ki, komanda tikə-tikə gəlir. Bir tərəfdə dağılan, sökülən Şuşa, bir tərəfdən də tikə-tikə gəlirlər. Bir tərəfdən 30 ildir evindən didərgin düşən Şuşa sakini heç evinin uçurulmasının gözünün qarşısına gətirmir. Gedib evinin divarlarını qucaqlayır ki, gəlmişəm, buradayam və yenə tikəcəyəm”.
Şamil Süleymanov qələbənin üstündən bir il keçməsinə baxmayaraq, hələ də həmin əhval-ruhiyyədə olduğunu və onun sevincini yaşadığını dilə gətirib:
“Şuşa sən azadsan” sözü dillər əzbəridir, əsgərləri çox istəyirik, yolda bir əsgər görəndə sarmaşıram, onu qucaqlayıb bağrıma basıram. İnanıram ki, bütün xalq belədir”.

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki