“Azərbaycanıın builki dövlət büdcəsinin icrası olduqca uğurludur. Yüksək göstəricilərə nail olmuşuq”.
Veteninfo.az-ın xəbərinə görə, bunu maliyyə naziri Samir Şərifov Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin və İntizam komissiyasının birgə iclasında gələn ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsində deyib.
“Xarici ticarət dövriyyəmiz də artıb. Ümumiyyətlə ilin sonuna gözlənilir ki, büdcədə 1,5 milyard manat qalıq olacaq. Xərclərimizin icrasında bəzi ləngimələrin olmasını da etiraf etməliyik. Büdcə xərclərinin 1,2-1,3 milyard manata qədər icra olunmaması gözlənilir”, – deyə nazir vurğulayıb.