image-reklam-veteninfo
image-01m0yhnzcnnvzk6p5nk3s04f2s-largebackend

Samuxda yeni tədris ili münasibətilə şəhid övladları ilə görüş keçirilib

image-reklam-veteninfo

Samuxda yeni tədris ilinin başlanması münasibətilə şəhid övladları ilə görüş keçirilib. Tədbirdə uşaqlara məktəbli formaları hədiyyə olunub.

Samux Rayon İcra Hakimiyyətində yeni tədris ilinin başlanması münasibətilə şəhid övladları ilə görüş keçirilib. Tədbirdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, şəhid ailələri, şəhid övladları və İcra Hakimiyyətinin əməkdaşları iştirak ediblər.

Görüşdə çıxış edən rayon rəhbəri Firdovsi Əliyev şəhid övladlarını yeni tədris ilinin başlanması münasibətilə təbrik edib, onlara dərslərində uğurlar, yüksək nailiyyətlər və sağlam gələcək arzulayıb. O bildirib ki, Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəmanların əziz xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq.

Firdovsi Əliyev şəhid övladlarının yüksək təhsil alması və cəmiyyətə layiqli vətəndaş kimi yetişməsinin dövlətin və cəmiyyətin diqqət mərkəzində olduğunu vurğulayıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə şəhid ailələrinə və qazilərə göstərilən dövlət qayğısı davamlı xarakter daşıyır, Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə də mühüm tədbirlər həyata keçirilir.

Şəhid övladlarının da atalarının müqəddəs amallarına sadiq qalaraq Vətənə layiqli övladlar kimi yetişəcəklərinə əminəm.

Səmimi şəraitdə keçən görüşdə şəhid övladları öz arzularını və təəssüratlarını bölüşüblər. Sonda yeni tədris ilinin başlanması münasibətilə şəhid övladlarına Samux Rayon İcra Hakimiyyəti tərəfindən məktəbli formaları təqdim olunub.




  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki