image-resid-memmedov-azerbaycan-turizm-ve-menecment-universitetinin-telebe-gencler-teskilatinin-sedri-nerimanov-rayonun-feal-gencibackend

Sarsılmaz birlik

image-reklam_sirab_01

Tarixən zananın müxtəlif kəsimlərində Azərbaycan və Türkiyə əsasən birgə fəaliyyət göstərmişlər. Yeganə sovetlıər dövründə birbaşa əlaqəklər qurula bilməmişdir. Lakin bütün bu maneələr bizim içərimizdə olan türk sevdasını məhv edə bilməmişdir. Azərbaycan ötən əsrin sonralarında təkrar müstəqilliyinə qovuşduqdan sonra, uzun illər ayrı qalmış qardaşlar artıq kimsənin hansı mövqedə olmasından asılı olmayaraq, yenidən bütün əlaqələrini bərpa etməyə başlamışlar.

Azərbaycanın müstəqilliyini ilk tanıyan dövlət də qardaş Türkiyə Cümhuriyyəti olmuşdur. 1991-ci ildən sonra Türkiyə və Azərbaycanın münasibətləri artan templə inkişaf edir və sarsılmaz təmələ malikdir. Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamı siyasi, iqtisadi, mənəvi, həmçinin də mühüm geostrateji mahiyyətə malikdir. Eyni milli kökə, eyni dilə, tarixi ənənələrə, qarşılıqlı dostluq və etimada əsaslanan münasibətlərimiz bütün sahələrdə sürətlə inkişaf edir və keyfiyyətcə yeni çalarlar almaqdadır.
Ölkələrimiz arasındakı münasibətlərin səmimiliyi liderlərin şəxsi münasibətlərinə söykənir. Istər Umummilli Lider Heydər Əliyevin, istərsə də İlham əliyevin vaxtında prezidentlərimizin münasibətləri çox yüksək səviyyədə olmuş və həmin səviyyə bu gün də saxlanılır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə Türkiyə Resublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dövlətlərarası səviyyədə olduğu kimi, şəxsi münasibətlərdə də əsl qardaşlıq nümayiş etdirmələri olduqca təqdirəlayiqdir. Prezident İlham Əliyev həmişə müxtəlif beynəlxalq tədbirlərdə qardaş ölkəyə birmənalı dəstək verməyin əsl örnəyini nümayiş etdirmiş və qardaş ölkənin haqlı mövqeyini müdafiə etmişdir. Hər iki ölkənin prezidentləri bir-birinə “qardaşım” deyə müraciət etməsi, təkcə isti münasibətləri göstəricisi deyil, bu eyni zamanda, həm də qardaş xalqların şəxsi münasibətlərinin dünya üçün bir örnək ola biləcəyinin göstəricisidir.
Azərbaycan ilə Türkiyə arasında iqtisadi münasibətlər kifəyət qədər yaxşıdır. Bu da ölkələrimizin iqtisadi potensialının güclənməsinə və birgə meqaiqtisadi layihələrin həyata keçirilməsinə təkan verir. Belə ki, Türkiyə ilə Azərbaycan arasında qaz satışı və nəqli ilə bağlı bütün məsələlər razılaşdırılıb və ölkələrimiz arasında yeni bir sazişin imzalanmasının razılaşdırılması isə, böyük coğrafi məkanda reallaşdırılan enerji siyasətinin əsas konturlarını müəyyən edən mühüm amillərdən biri olacaqdır.
Məlumdur ki, “Nabukko” kəmərinin inşa edilməsi xeyli dərəcədə məhz Azərbaycanla Türkiyə arasında razılaşdırılan yeni qaz sazişindən asılıdır. Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft-qaz kəmərlərinin istifadəyə verilməsi Azərbaycanın, Türkiyənin habelə digər ölkələrin enerji təhlükəsizliyinin təmin olunmasında müstəsna əhəmiyyətə malikdir.
Azərbaycanla Türkiyənin sarsılmaz qardaşlıq münasibətləri ötən il Zəfərlə başa çatan, 44 günlük İkinci Qarabağ müharibəsində bir daha zamanın sınağından uğurla çıxdı. Müharibənin ilk günündən başlayaraq Türkiyənin Prezidenti R.T.Ərdoğan, xarici İşlər naziri M.Çavuşoğlu, Milli Müdafiə naziri H.Akar və digər dövlət xadimləri Azərbaycanın yanında oldular və ölkəmizin haqq işini axıradək müdafiə etdilər.
Bu qardaşlıq nümunəsi siyasi müstəvidə də davam etdirilir. Belə ki, 2021-ci il 1-3 iyun tarixlərində YAP-ın nümayəndə heyəti Türkiyənin Ədalət və İnkişaf Partiyasının (AKP) dəvəti ilə Ankara şəhərində səfərdə oldu və Türkiyə Prezidenti tərəfindən qəbul olundu. Türkiyə Prezidenti R.T.Ərdoğan qəbul zamanı Türkiyə-Azərbaycan əlaqələrinin hazırkı mərhələyə çatmasında Azərbaycan Prezidenti İ.Əliyevin rolunu yüksək qiymətləndirmiş, bundan sonra da bölgədə sülhün bərqərar olması və iki qardaş ölkənin münasibətlərinin daha da inkişaf etdirilməsi işinə Azərbaycan Prezidentinin mühüm töhfələr verəcəyinə əmin olduğunu ifadə etmişdir.
Hər iki ölkənin hakim partiyaları olan YAP və AKP arasında İyun ayının 2-də əməkdaşlığa dair imzalanmış niyyət protokolu partiya təcrübəsinin öyrənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edəcəkdir. Bu niyyət protokolu YAP və AKP siyasi münasibətləri möhkəmləndirməklə bərabər, hər iki ölkənin siyasi arenasında müxtəlif istiqamətlərdə yaxınlaşmanın göstəricisidir.
Azərbaycan və Türkiyənin hakim partiyaları arasında olan bu əlaqələr həmin partiyaları üzv olduqları müxtəlif beynəlxalq siyasi platformalarda bir-birinin maraqlarının qorunmasında, həmçinin bu sahədə mövcud olan müsbət təcrübənin öyrənilərək tətbiqində, gənclərin beynəlxalq fəaliyyətində və digər istiqamətlər üzrə davamlı əməkdaşlığın əsasını təşkil edəcəkdir. Hakim partiyaların eyni siyasi mövüedən çıxış etməsigələcək münasibətlərin də təməlini qoymaqla bərabər, həmin münasibətlərin daimi və sarsılmaz olamsına da şərait yaratmış olacaqdır.

Yaşasın Azərbaycan və Türkiyənin saraılmaz dostluğu və qardaşlığı!

 


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki