Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarına diplomatik rütbələrin verilməsi haqqında Sərəncam imzalayıb.
Vətəninfo.az xəbər verir ki, fövqəladə və səlahiyyətli səfir rütbəsi verilən diplomatlardan ikisi – Rəfiyev Yalçın İlqar oğlu və Şərifov Samir Ənvər oğlu xarici işlər naziri Ceyhun Bayramovun müavinidir.
Samir Şərifov Azərbaycan Respublikası Prezidentinin 12 iyul 2017-ci il, Yalçın Rəfiyev isə 8 sentyabr 2023-cü il tarixli sərəncamları ilə xarici işlər nazirinin müavini təyin olunublar.


























