Ali məktəblərə qəbul imtahanında tələbə adını qazananlar arasında Vətən müharibəsi şəhidi Xalid Həsənin anası Maya Quliyeva da var.
Vətəninfo.az xəbər verir ki, bununla bağlı o özü paylaşım edib.
O, Azərbaycan Dövlət Aqrar Universitetinə daxil olub.
Qeyd edək ki, Xalid Həsən 2020-ci il noyabrın 4-də şəhid olub. O, ölümündən sonra “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.


























