image-sekil4backend

Şəhid dövlət qulluqçusunun məzarı ziyarət olunub

image-reklam_sirab_01

Azərbaycan Prezidenti İlham Əliyevin 2006-cı il 25 may tarixli Sərəncamı ilə 23 iyun Azərbaycanda dövlət qulluqçularının peşə bayramı kimi təsis edilib.

Ümummilli lider Heydər Əliyevin dövlət idarəetmə sistemində başlatdığı islahatlar Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilib. Azərbaycanda səmərəli dövlət idarəçiliyi sistemi qurulub, dövlət qulluğu sahəsində kadr potensialı təkmilləşdirilib. Dövlət qulluqçularının layiqli həyat səviyyəsinin təmin edilməsi, maddi rifah halının yüksəldilməsi üçün zəruri tədbirlər görülür.

Dövlət qulluqçularının peşə bayramı münasibəti ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndələri şəhid dövlət qulluqçusu Kəlbəcər Rayon Susuzluq kənd inzibati dairəsi üzrə nümayəndəsinin müavini Arif Əliyevin məzarını ziyarət ediblər. Onun ruhuna dua oxuyub, məzarı önünə gül düzüblər.

İyunun 4-də Kəlbəcər rayonunun Susuzluq kəndi ərazisindəki yolda çəkiliş qrupunun üzvlərini aparan nəqliyyat vasitəsinin tank əleyhinə minaya düşməsi və üç nəfərin həlak olması işğaldan azad edilən ərazilərə edilən səfərlərin təhlükəli olmasını bir daha nümayiş etdirdi. Bunu nəzərə alaraq, Dövlət Komitəsi tərəfindən mina təhlükəsizliyinə dair silsilə tədbirlərin keçirilməsinə başlanılıb. İlk belə təlim iyunun əvvəlində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin (AzQAC), Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) dəstəyi ilə Ağdam, Füzuli və Tərtər rayonlarında keçirilib. Növbəti tədbir Minatəmizləmə Agentliyinin dəstəyi ilə iyunun 25-də Bakı şəhərində jurnalistlər və bələdçilər üçün keçiriləcək.


  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki