Azərbaycan Respublikası 30 il idi ki öz doğma torpaqlarından məhrum edilmişdi.2020-ci il sentyabr ayının 27-si düşmənlərimizin təxribatlarına qarşı əks hücuma keçərək tariximizin şanlı səhifəsi olan Böyük Vətən müharibəsinə başladıq.Bu 44 günlük müharibədə öz zəfərimizi çaldıq.30illik həsrət bitdi.Başda Ali Baş Komandan İlham Əliyev olmaqla biz bu zəfəri ordumuza,şəhidlərimizə,qazilərimizə borcluyuq.Dövlətimiz şəhidlərimizin ailələrinə,qazilərimizə daima diqqət və qayğı ilə yanaşır.Onların ehtiyaclarını ödəmək üçün fondlar da yaradılmışdır. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondu (“YAŞAT” Fondu) Azərbaycan Respublikası Prezidentinin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə yaradılıb. Fondun əsas məqsədi şəhid ailələrinə və qazilərə dövlətin dəstəyindən əlavə dəstək verilməsidir.Xalqımız birlik olmağı 44günlük müharibədə bütün dünyaya göstərmişdir.Göstərməyə də davam edir.
“YAŞAT” Fondu Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda qəhrəmancasına döyüşmüş şəhidlərin ailələrinə dəstək həmçinin döyüşdə yaralanmış qazilərə dövlət tərəfindən keçirilən tədbirlərə əlavə dəstək verilməsi üçün formalaşmışdır.Burada məqsəd sosial müdafiə sahəsində tədbirlərə dəstək olaraq vətəndaş cəmiyyəti təşəbbüslərin reallaşması üçün müvafiq platformaların yaradılması, bu sahədə ictimai nəzarətin təmin edilməsidir.Yaşat Fonduna şəxslərin müraciəti elektron qaydada Fondun rəsmi internet səhifəsindən qəbul edilir. Fond tərəfindən əlavə dəstək şəxsin müraciəti əsasında göstərilir. Müraciətlərin elektron qaydada formalaşması könüllülər müraciət etmiş şəxsə yardım göstərirlər.Fonda edilən müraciətlər ehtiyaclılıq prinsipi nəzərə alınmaqla Vətəndaşla xidmət və sosial innovasiyalar üzrə Dövlət agentliyi tərəfindən yaradılmış informasiya sistemində növbəlilik prinsipi əsasında həyata keçirilir. Dövlət Agentliyi müraciətlərə Vətəndaşların müraciətləri haqqında Azərbaycan Respublikasının Qanununa əsasən baxır və nəticəsi haqqında məlumat müraciət edən şəxsə göndərilir. Şəxsə dəstək göstərilməsi haqqında qərar qəbul olunduqdan sonra 10 iş günü müddətində müraciət edən şəxsə bank vasitəsilə maliyyə yardımı təqdim edilir. Vətəndaşlara xidmət edilməsi fondun əsas fəaliyyət istiqamətidir. Fondun vəsaiti bir sıra istiqamətlərdə istifadə olunur. Bunlara misal olaraq məişət şəraitinin yaxşılaşdırılması, Tibb xərclərin ödənilməsi, Təhsil xərclərinin ödənilməsi, müəyyən istehsak kreditlerinin və digər borcların qarşılanması həmçinin bundan əlavə olaraq təhsilə,peşə hazırlığının artırılmasina, yaradıcılıq inkişafına kömək edilməsi üçün xərclərin ödənilməsini göstərmek olar. Ehtiyaclar dövlət orqanlarından əldə olunan məlumatlar və vətəndaşın özünün verdiyi məlumatlara əsasən Dövlət agentliyinin müəyyən etdiyi əmsallara uyğun olaraq qiymətləndirilir. Müraciətin ilkin və ya təkrar olması, müraciət edən şəxsin maddi vəziyyəti, orta aylıq gəliri,himayəsində azyaşlı uşağın olması,ailədə əmək qabiliyyətli şəxslərin sayı,Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar dövlət təltiflərinin olması,dövlət tərəfindən digər dəstək tədbirlərinin göstərilməsi ehtiyac istiqaməti bu əmsallara uyğun olaraq qiymətləndirilir. Yaşat Fondunun vəsaiti Azərbaycan Respublikasının vətəndaşların, xarici ölkələrdə yaşayan soydaşlarımız könüllü olaraq verdiyi maliyyə vəsaiti şeklinde yardımlar, digər fiziki və hüquqi şəxslərin verdiyi maliyyə yardımları, qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşır.Yaşat Fondun könüllü ödəmələr bunu bir daha sübut edir ki, Azərbaycan xalqında milli birlik və həmrəylik olduqca yüksəkdir.
Nəsimi rayon sakini
Qasımov Babək