“Rusiyanın biznes nümayəndələri Azərbaycanın təklif etdiyi layihələrə diqqət yetirməlidir. Bura həmçinin işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihələr də daxildir”.
Veteninfo.az xəbər verir ki, bunu Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri Səməd Qurbanov Rusiya şirkətlərinin şəhər infrastrukturunun inkişafı sahəsində “Ağıllı şəhər” biznes-missiyası çərçivəsində keçirilən tədbirdə deyib.
O, Rusiya şirkətlərinin Bakıya ilk missiyası zamanı bir sıra yeni qərarlar qəbul edilib və layihələr razılaşdırılıb. Məsələn, bu razılaşmalar əsasında “Azərbaycan Dəmir Yolları” QSC 100 vaqon alıb.